1. Home
  2. Celebrity
Celebrity

Samsundan dünyaya uzanan bir uğur hekayəsi - Dr. Hayati Akbaş

04 Sentyabr 2022

Türkiyənin məşhur  Estetik, Plastik və Rekonstruktiv Cərrah Hayati Akbaş 1963-cü ildə Yozgat vilayətində dünyaya gəlib. 1989-cu ildə Ankara Universiteti Tibb Fakültəsində ilkin tibb təhsilini başa vurduqdan sonra iki ilə yaxın burda çalışır. Daha sonra 1991-ci ildə 19 May Universitetində Estetik Plastik və Rekonstruktiv Cərrahiyyə kafedrasında assistent kimi ixtisas təhsilinə başlayır.

1996-cı ildə ixtisas təhsilini başa vurduqdan sonra Hayati Akbaş  həmin tarixdən Estetik plastik və rekonstruktiv cərrahiyyə kafedrasında müəllim kimi fəaliyyətə başlayır. Təxminən bir il yarımdan sonra həmin kafedraya dosent vəzifəsinə təyin olunur. 1998-1999-cu illərdə özünü təkmilləşdirmək və təcrübəsini artırmaq üçün ABŞ-ə səfər edir. Türkiyəyə qayıtdıqdan sonra akademik və elmi araşdırmalarını davam etdirməklə yanaşı, 2004-cü ildə Azərbaycanda keçirilən “Azərbaycan Biznes Mükafatı” mükafatlandırma mərasimində “İlin Həkimi” seçilir.

O, 2005-ci ildə Universitetdəki işini tərk edərək mərkəzi Samsunda olan FBM Lazer Estetik Plastik Cərrahiyyə Klinikasını qurur. Fəaliyyətini təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə davam etdirən dosent Hayati Akbaş 2007-ci ildə İstanbulda, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində və elə həmin il Azərbaycanda öz klinikasının filiallarını açır.

Peşəkar həkim əməliyyatları ilə yanaşı, müxtəlif qəzet və jurnallarda peşəsi ilə bağlı maarifləndirici yazılar yazır, ictimaiyyəti məlumatlandırmaq üçün Türkiyənin bir çox aparıcı canlı televiziya proqramlarında iştirak edir.

O, hələ də qurduğu Türkiyənin Samsun şəhərində yerləşən FBM-də fəaliyyətini davam etdirir.