Azərbaycanda və Türkiyədə uğurlu estetik əməliyyatları ilə tanınan azərbaycanlı cərrah dr.Vüqar Ələkbərov 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil alıb. 2005-ci ildə universiteti qırmızı diplomla bitirdikdən sonra Türkiyənin İzmir şəhərində Ege Universitetində təhsilini davam etdirib. Bununla yetinməyən gənc həkim 2007-2012 ci illərdə Bursa şəhəri Uludağ universitetinin Plastik Estetik ve Rekonstruktiv cərrahiyyə bölümündə uzmanlıq təhsili alır. Uzmanlıq təhsili müddətində Vüqar Ələkbərov Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyir və geniş təcrübə qazanır.
2013-cü ildən Bakıdakı özəl klinikaların birində plastik estetik cərrah kimi fəaliyyətə başlayan gənc cərrah bugünə qədər 5000-ə yaxın uğurlu əməliyyata imza atıb. Dünyada tibb sahəsində baş verən yenilikləri yaxından təqib edən gənc cərrah Azərbaycanla bərabər Türkiyədə də çalışmasının səbəbini belə izah edir: “Plastik, Rekonstruktiv cərrahiyə təhsilimi 7 il müddətində Türkiyədə aldığım üçün o ölkədə də xidmət etməyi özümə bir vəfa borcu olaraq gördüm. Bununla yanaşı Azərbaycanda da modern plastik cərrahiyyənin təməlini qoyuram”.
Vüqar Ələkbərov Azərbaycanda öz markası olan VAPS (Vugar Alakbarov Plastic Surgery) özəl cərrahiyə mərkəzində fəaliyyətini davam etdirir.
Tags
07 Sentyabr 2022, 18:03