1. Home
  2. Celebrity
Celebrity

Dilan Polat: "Böyük kütlənin sevgisini qazanmaq fədakarlıq tələb edir".

07 Sentyabr 2022

Üç uşaqlı bir ailənin ortancıl övladı olan Dilan Polat 1990-cı ildə İstanbulda anadan olub.

Karyerasına doğum fotoqrafı kimi  başlayır və bir çox məşhur simanın fotolarını çəkir. Dilan Polat  şəxsi həyatı ilə bağlı iş həyatına müəyyən müddət ara verdikdən sonra biznes sektoruna keçid edir.

32 yaşlı sosial media fenomeni və iş xanımı Dilan Polatın 2017-ci ildə  öz adı ilə gözəllik mərkəzi təsis edir və qısa müddətdə biznesini genişləndirərək Türkiyənin bir neçə bölgəsində  filiallar açır.  Bu sahədə çoxsaylı uğurlara imza ataraq  bu sektorda adını hallandırmağa müvəffəq olur. Müsahibələrin birində, sosial media fenomeni Dilan Polat: "Böyük kütlənin sevgisini qazanmaq fədakarlıq tələb edir" fikrini səsləndirmişdi.

 Sosial media hesablarından da aktiv istifadə edən Dilan Polat iş həyatındakı uğurlarını sosial platformaya daşıyır desək yanılmarıq. Hazırda onun  İnstaqramda 3,4 milyon  üzərində izləyicisi var.