Fatima Hacıyeva — tibb üzrə fəlsəfə doktoru, dosent, Elmi Tədqiqat Mama Ginekologiya İnsitutunun Ginekologiya şöbəsinin müdiri, peşəkər cərrah mama – ginekoloq. Vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Fatma Hacıyeva 44 günlük Vətən müharibəsi zamanı şəhid və qazi ailələrinə xidmət göstərib. Döyüş əsnasında peşəkər həkim onların arasında olaraq əlindən gələni əsirgəməyib. Fatma Hacıyeva eyni zaman 4 dərs vəsaitinin və 60-dan çox elmi məqalənin müəllifidir. 4 dərs vəsaitdən ikisi Gürcustanda çap olunub və üzərlərində olan “Xarıbülbül” rəsmli kitablar Vətən müharibəsinin şəhidlərinə ithaf olunub. İstərdik uğurlu fəaliyyətinə və gördüyü işlərə görə Fatima xanıma öz təşəkkürümüzü bildirək!