İlahə Hacyeva – Peşəkər nevroloq, “CP Akademiya”sının rəhbəri. İlahə Hacıyeva dəfələrlə beynəlxalq konfrans və seminarların iştirakçısı olaraq zəngin təcrübə əldə edib. Rəhbəri olduğu "CP Akademiya"sının əsas məqsədi fiziki və əqli problemləri olan uşaqların həyat keyfiyyətini artırmaq, eləcə də müstəqil yaşamaları, özlərinə xidmət bacarıqlarını erqoterapiya metodları vasitəsilə inkişaf etdirməkdir. İxtisaslaşmış həkimlərin çalışdığı mərkəz qısa müddət ərzində valideyinlərin və xüsusi qayğıya ehtiyacı olan bir çox uşaqların xəyallarını həyata keçirməyi bacarıb.