Tibb üzrə fəlsəfə doktoru Dr. Abdıyeva- “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Türk Oftalmologiya Dərnəyi (TOD), Türk Cumhuriyətləri Oftalmoloji Dərnəyi (TCOD), Katarakta və Refraktiv Cərrahların Avropa Cəmiyyəti (ESCRS), Görmə və Oftalmoloji Tədqiqatlar Assosiasiyasının (ARVO) üzvü, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini. Bir çox beynəlxalq konfranslarda, Dünya Qadın Sammitində iştirak və çıxış edərək Azərbaycanı uğurla təmsil edən Yazgül Abdıyeva eyni zamanda aktiv və zəngin ictimai fəaliyyətlərlə daim məşğul olur. O, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri olaraq hər zaman, xüsusilə də pandemiya və müharibə dövründə bir çox fəaliyyətlə məşğul olmuş, dəstək tədbirləri təşkil etmiş, elmi-maarifləndirici seminarların keçirilməsinə təşəbbüs göstərmişdir.