Dünyada ildən-ilə plastik cərrahiyyə xidmətlərinin populyarlığı artır. Bu inkişaf, özünü dəyişdirmək, kiçik komplekslərdən azad olamaq və ya sadəcə olaraq dəyişmək istəyən çox sayda insanın olması ilə əlaqədardır. Plastik cərrahiyyə planlaşdıran hər bir insan bununla bağlı araşdırma aparmalı, yaxşı cərrah tapmalı və bunun “o həkim” olduğuna əmin olmalıdır.
Öz işini peşəkar və təhlükəsiz həyata keçirən həkimlərdən biri də Rusiyada yaşayan həmyerlimiz Seymur Əliyevdir. Beynəlxalq təcrübəyə sahib həkim 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirir. 2008-ci ildə Sankt-Peterburq Universitetinin bazasında ümumi cərrahiyyə üzrə internatura keçir və 2010-cu ildə həmin universitetdə üz-çənə cərrahiyyəsi üzrə rezidentura təhsilini tamamlayır. Seymur Əliyev 2008-ci ildən plastik cərrah kimi fəaliyyətə başlayıb.
Hazırda ölkəmizi xaricdə təmsil edən gənc cərrah Seymur Əliyev Üz, boyun və bədən konturları, o cümlədən 3D üz modelləşdirməsi üzrə ixtisaslaşıb. O, həmçinin radiocərrahiyyə üsulu ilə dərinin xoşxassəli törəmələrinin və çapıqların müalicəsini həyata keçirir.
13 illik cərrahiyyə təcrübəsi ərzində doktor Əliyev 1250-dən çox uğurlu plastik əməliyyata imza atıb. O, Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür.
Tags
24 August 2022, 20:42