Təranə Paşayeva
Həyatı
Psixologiya üzrə fəlsəfə doktoru. "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədridir, «Psytech Azerbaijan» Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəridir.
Beynəlxalq Ailə Akademiyası, Avropa Psixoloqlar Liqası və Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, APA - Amerika Psixologiya Asossasiyası, Ümumi Psixologiya Cəmiyyəti, Davranış Nevrologiyası və Müqayisəli Psixologiya Cəmiyyəti, Təhsil Psixologiyası Təşkilatı, Qadın Psixologiyası Cəmiyyəti, Amerika Qadınlarının Psixologiyası Cəmiyyəti və Amerika Farmakoterapinin İnkişafı Cəmiyyətinin üzvüdür. Təranə Paşayeva 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Təhsili
1998-2002-ci illədə Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakultəsi üzrə bakalavr dərəcəsi alıb.
2002-2004-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakultəsi üzrə magister dərəcəsi alıb.
30 iyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitetinin Psixologiya fakultəsini bitirib.
16 iyun 2019–cu ildə V.M. Bexterev adına Milli Psixiatriya və Nervologiya üzrə Tibbi Elmi-Tədqiqat Mərkəzinin «Tibbi (kliniki) psixologiya » təhsil proqramını bitirərək diplom alıb.