Vasif İsmayil
Həyatı
1975-ci ildə Sumqayıt şəhərində anadan olub. İstanbul Universitetininin tibb fakültəsini bitirib. 2003-cü ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında "Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya" mövzusunda dissertasiya işini müdafiə edib.
2003-2009-cu illərdə Bakıda Mərkəzi Klinik Xəstəxanasında çalışıb, 4 000-dən çox əməliyyat edib. Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatları həyata keçirib. 2009-cu ildə Mərkəzi Gömrük Hospitalında işləyib. Hazırda Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında çalışır.
Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür. 30-dan çox elmi məqalənin müəllifidir.