Gənc yaşlarından tibbin sirlərinə yiyələnmək üçün Almaniyanın Köln şəhərinin “St. Elisabeth” klinikasında “Onkoloji ginekologiya” üzrə təcrəbə keçən Tansu Məmmədzadə karyerasının ilk iddımlarını elə həmin mərkəzdə atıb. Xəstəxananın "Qadın doğum xəstəlikləri" şöbəsində həkim-ginekoloq olaraq Almaniyanın peşəkar həkimləri ilə çiyin-çiyinə çalışan Tansu Məmmədzadə böyük təcrübə toplayaraq Azərbaycana qayıdıb fəaliyyətini uğurla davam etdirir.
Hazırda Tansu Məmmədzadə "Ömür" klinikasının rəhbəri vəzifəsində çalışır və eyni zamanda Azərbaycanda Qadın Sahibkarlığının Inkişafı Assosiasiyasının fəal üzvüdür.
"Məqsədim Avropa təhsilinin ve iş sistemininin yaxşı tərəflərini götürərək, əldə etdiyim təcrübəni həm həkim, həm də sahibkar kimi Vətənimizdə uğurla tetbiq etməkdir", Tansu Məmmədzadə deyir.
Qeyd edək ki, bir müddət əvvəl Tansu Məmmədzadə "Ömür" klinikasının uğurlu fəaliyyətinə görə və qazandığı uğurlara görə Fairmont Baku otelində keçirilən "Global Health Awards" layihəsinin qala gecəsində mükafata layiq görülüb.
Health News-a öz fikirlərini bölüşən Tansu Məmmədzadə "Global Healt Awards" gecəsinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi:
"Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməyi təqdirəlayiqdir. Çox şadam ki, belə bir layihədə yer aldım. Hər şey yüksək səviyyədə idi, hər bir detal düşünülmüşdü, bir sözlə möhtəşəm gecə oldu. Düşünürəm ki, belə nüfuzlu layihələr biz həkimlərə böyük motivasiya verir və bizi daha da irəli aparır".
Tags
25 Yanvar 2022, 20:29