Təcrübəli həkim-ginekoloq Sevinc Şamilova hər zaman uğurla icra etdiyi əməliyyatlarla seçilərək pasiyentlərin böyük rəğbətini qazanır.
"Düşünürəm ki, karyeramda qazandığım ən böyük uğur özgüvənli şəkildə cərrahi əməliyyatları peşəkarlıqla həyata keçirməyimdir".
Xarici təkmilləşdirmə kurslarında və beynəlxalq təlimlərdə iştirak edən Sevinc Şamilovanın sözlərinə əsasən həkimin inkişafı üçün ən vacib amil hər zaman biliklərini zənginləşdirmək və öz işində xarici təcrübədən yararlanmaqdır.
"Hər gün öz sahəmlə bağlı yenilikləri öyrənirəm. Dayanmadan inkişaf eləməyə, xaricdə əldə etdiyim təcrübəni və müasir texnologiya metodlarını tibb sahəsində tətbiq etməyə çalışıram. Bu, uğurlu həkimi fəqləndirən ən gözəl cəhətidir".
Bir müddət əvvəl isə Sevinc Şamilova tibb sahəsində uğurlu fəaliyyətinə və qazandığı yüksək nəticələrə görə "Reputation Inc" şirkətinin təşkil etdiyi "Global Health Awards" layihəsinin qala gecəsində mükafatla təltif olunub.
Health News-a fikirlərini bölüşən həkim tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Global Health Awards mənim üçün çox yaddaqalan oldu. İlk dəfə idi ki, belə bir layihəyə qoşulurdum. Hər bir şey gözəl təşkil olunmuşdu. Tədbirdə mükafatla təltif olunmağımla yanaşı, müxtəlif insanlarla tanış oldum və bu mənim üçün çox xoş oldu".
Tags
29 Yanvar 2022, 21:27