1. Home
  2. Medicine
Medicine

Günel Qəhrəmanova: Müqəddəs və məsuliyyətli missiyamın öhdəsindən layiqincə gəldiyim üçün çox sevinirəm 

29 Yanvar 2022


Bir çox beynəlxalq konfrans və seminarların iştirakçısı olan peşəkar ginekoloq Dr. Günel Qəhrəmanova həyata keçirdiyi uğurlu əməliyyatlarla seçilir. 

"Cərrah mama-ginekoloq kimi missiyam o qədər məsuliyyətli və müqəddəsdir ki, hər məmnun pasiyent, həyatını xilas etdiyim ana və körpələr, sevinclərinə səbəbkar olduğum ailə görəndə çox sevinirəm. Onların minnətdarlıq dolu baxışları, eşitdiyim xoş sözlər bir həkim kimi mənim üçün böyük uğurdur. Bundan gözəl hiss tanımıram". 

Health News-a gələcək arzu və planlarından söhbət açan Günel Qəhrəmanova qeyd edib ki, tibb sahəsinə töhvə verməklə yanaşı sosial yönümlü layihələr həyata keçirmək və cəmiyyət üçün faydalı işlər görmək istəyir:
"Ən böyük arzum katibi oldugum "Doğuşayardım xidmətinin təşkili və Respublika üzrə ana ölümünün sayının azaldılması işçi qrupunun" qarşısına qoyduğu məqsədlərə çatmaq və saglam gələcək nəsil naminə bundan sonra da var gücümlə çalışmaqdır". 

Qeyd edək ki, bir müddət əvvəl isə Günel Qəhrəmanova tibb sahəsində uğurlu fəaliyyətinə və qazandığı yüksək nəticələrə görə "Reputation Inc" şirkətinin təşkil etdiyi "Global Health Awards" layihəsinin qala gecəsində mükafatla təltif olunub. 

"Möhtəşəm tədbir idi. Mənim üçün belə bir layihənin bir parçası olmaq çox xoş oldu. Sevindiricidir ki, cəmiyyətdə böyük rola malik olan həkimlər üçün belə nüfuzlu layihə həyata keçirilir. Tədbir yüksək təşkilatçılıq səviyyəsinin olması ilə yadda qaldı".