Həkim-endokrinoloq Gülşən İsmayılova diabet xəstəliyi ilə bağlı bir sıra məqamlara toxunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada şəkərli diabeti (ŞD) olan xəstələrin sayı 1980-ci ildə 108 mln. nəfərdən 2014-cü ildə 422 mln. nəfərə qədər artmışdır, yəni yaşlı əhali arasında ŞD-nin yayılması 4,7%-dən 8,5%-ə yüksəlmişdir. 2019-ci ildə ŞD-li xəstələrin sayı artıq 463 mln. nəfər olmuşdur. Bununla belə, 2045-ci il üçün ŞD olan xəstələrin sayının 700 mln. nəfərə qədər artacağı proqnozlaşdırılır.Azərbaycanda 2019-ci ildə yaşı 20-dən 79-a qədər olan 421,6 min ŞD-li xəstə olmuşdur, xəstəliyin yayılması 6,1% təşkil etmişdir. Belə ki, onlardan 186,0 min nəfər ŞD olmasından xəbərsiz idi. Bu göstərici dünyada hər ikinci nəfərin ŞD olmasından xəbərsiz olması haqqında məlumat verir. Xəstələrin sayının artması ŞD-nin risk faktorlarının artması ilə əlaqədardır ki, onlardan ən əsasları artıq çəki və piylənmədir.
Şəkərli diabet tip-2 xəstəliyinin müalicəsi həyat tərzinin dəyişdirilməsi və medikamentoz müalicədən ibarətdir..Hər bir həkim ilk novbede pasienti qebul ederken onu sağlam həyat tərzi haqqinda maarifləndirməli,şəkərli diabet xəstəliyini duzgun idarə olunmasında pəhriz ve fiziki aktivliyin vacibliyini başa salmalıdır.
Şəkərli diabetin yaranmasında esas risk faktorlarından biri də qeyri-düzgün həyat tərzidir.Bunlara qeyri-saglam qidalanma,yüksək kalorili qidalarin normadan artiq qəbulu,az hərəkətli həyat tərzi aiddir.Yüksək kalorili qidalar qlikemik indeksi yüksək olan sade karbohidratlarla zəngin qidalar,heyvani mənşəli doymuş yağlı qidalar nəzərdə tutulur.Qəbul etdiyimiz qida maddələri tərkibinə görə 4 qrupa bolunur:
- Zülallar
- Yağlar
- Karbohidratlar
- Vitaminlər və minerallar
Düzgün qidalanmanın əsas prinsipləri:
- Qida maddələrinin balanslaşdırılmış nisbəti böyük rol oynayır.Gündəlik rasionda qidalarımızın tərkibi zülal-16%; yağlar-24% ;karbohidratlar-60% təşkil etməlidir.
- Yüksək qlikemik indeksli karbohidratlari rasiondan çıxarmaq lazımdır.
- Gündlik qəbul olunan kalori sərf olunan enerjidən artiq olmamalı,insanin yaşı,peşəsi,cinsiyyəti,bədən kutlə indeksinə müvafiq olmalıdır.
- Gün ərzində qida qəbulunun (kiçik porsiyalarla) sayi 3-4 defeden çox olamamalidır.
- Vitaminlerlə, minerallarla və bol lifli maddələrlə zəngin qidalar qebul olunmalıdir.
- Doymuş yagların qəbulu məhdudlaşdirilmalı onlar bitki mənşəli yağlarla əvəz olunmalıdır.
Zülallar- Bu faydalı maddə orqanizmin madddələr mübadiləsində,inkişafında,vitamin və minneralların mənimsəənilməsində böyük rol oynayır.Zülal tərkibli qidalardan quş əti,qırmızı ət,balıq və balıq məhsulları,yumurta,kəsmik,sərt pendir,paxlali məhsullar diabetli xəstələrin qida rasionuna daxil olmalıdır.Yalniz kəskin və xroniki böyrək xəstəliyindən əziyyət çəkən xəstələrde zülal qəbulu məhdudlaşdırılmalıdır.
Yağlar -Həmçinin orqanizmin enerji mənbəyi olmaqla yanaşı vitaminlərin orqanizm terefindın mənimsənilməsində böyük rol oynayır.Bitki mənşəli yağlar-zeytun,qarğıdalı,günəbaxan yağlarına üstünlük verilməlidir.Heyvani mənşəli doymuş yağlar 50% a qədər məhdudlaşdırılmalıdır.
Karbohidratlar- orqanizmi enerji ilə təmin edən əsas qida maddəsidir.Sadə və mürəkkəb karbohidratlara ayird edilirler.Sadə karbohidratlar sürəti mənimsənildiyi üçün qan şəkərlərini qaldirir.Bunlar şəkər ve şəkər tozu,mürəbbələr,bal,konfet,şirniyyatlar,ela növ undan hazırlanmış qidalar,fastfoodlar,şirin içkilər,meyvə şirələri və s. aiddir.Meyvələr de sadə karbohidratlar qrupuna daxil olur,lakin onların təərkibində olan liflər fruktozanin bağırsaqdan sorulmasını ləngitdiyi üçün şəkərlərin qanda yüksəlməsidə ləngiyir.Diabetli xəstələrdə meyvə günün birinci yarısı,500qr.dan çox olmadan(lifle birlikdə,sixilmış şirə şəklində deyil) qəbulu tövsiyyə olunur.Yalnlız üzüm,əncir,yemiş,xurma kimi şirin meyvələrin qəbulu məsləhət görülmür.Məsləhət olunan meyvelerden turş meyvələr,giləmeyvələr,sitrus meyvələri tövsiyyə olunur.Ona görə diabetli xəstələrdə sadə karbohidratları mürəkkəb karbohidratlarla əzəz etmək məsləhət görülü
Mürəkkəb karbohidratlar- (polisakkaridbağırsaqlarda yavaş-yavaş parçalanan və yalnız qan şəkərinin səviyyəsini yüksəldən qlükoza molekullarının uzun zəncirləridir.Onun qəbulundan sonra toxluq hissi uzun müddət qalır. Mürəkkəb karbohidratlara kəpəkli dənli bitkilərdən hazırlanmış məmulatlar, tərəvəzlər, sərt buğdadan hazırlanmış makaronlar, yulaf,qarabaşaq,qəhvəyi düyü,süd və süd məhsulları və.s aiddir.Bu tip qida maddəleri şəkərli diabet xəstələrinə faydali sayılır.
Vitaminlər-Diabet xəstəlinin qida rasionunda vitamin və minerallarla zəngin qidaların olması əsas şərtlərən biridir. Diabet xəstələrində easasən D vit yetməzliyi bəzi fesadlara gətirir.O üzdən qanda vit D səviyyəsini təyin elemek, əgər çatışmazlıq olarsa yayda günəş vannaları,qışda isə D vit preparatları qəbul olunmalıdır.Həmçinin tərkibində C,A,E,PP,B qrup vitaminler,Omega-3,sink, selen orqanizme kifayet qədər lazım olan elementlərdir.
Fiziki aktivlik-Gun ərzində 1-2 saatl yürüş(əsasən qida qəbulundan 1 saat sonra) və ya xəstənin sevdiyi hər hansı bir idman növü ilə məşğul olmağı tövsiyyə olunur.Fiziki aktivlik məcburi,yorucu olmamalıdır.Çünki her hansi bir stress faktoru şəkərin yüksəlməsinə səbəb ola bilər.
Beləliklə də Şəkərli diabet xəstəliyinə xəstəik deyil,həyat tərzi kimi baxılarsa onu idarə etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq daha asan olar.
Tags
03 Sentyabr 2022, 18:00