1. Home
  2. Aestetic
Aestetic

Doctor B “Global Health Summit” layihəsində speaker qismində çıxış edəcək

20 Oktyabr 2022

Məşhur türkiyəli plastik cərrah Bülent Cihantimur 1970-ci ildə Qarsda anadan olub. İstanbul Universitetinin Çapa Tibb Fakültəsini bitirdikdən sonra o Uludağ Universiteti Tibb Fakültəsində Plastik Cərrahiyyə üzrə ixtisaslaşır. Estetik Plastik Cərrahiyyə Mütəxəssisi 1999-cu ildə öz klinikasını təsis edir.

Estetik International Health Group-un qurucusu olan Dr. Bülənt Cihantimur bədən şəkilləndirmə, Brazilian Buttock estetikası, Hörümçək toru estetiği, piy transferi kimi sahələrdə önə çıxır.O, estetik cərrahiyyəyə bədii bir perspektivlə yanaşır və bədənin bir bütöv olduğunu vurğulayır. Gördüyü qüsursuz işlər sahəsində  Cihantimur bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb. “Göz insanda üzdür, göz üzündəki gözdür, amma insanı insan edən  sözdür"- Mövlananın  bu sözləri   Bülent Cihantimurun həyat devizidir.

Oktyabrın sonu baş tutacaq  “Global Health Summit” çərçivəsində, öz sahəsində söz sahibi olan yerli və xarici səhiyyə nümayəndələrinin toplantısı olacaq. Sammitdə  çıxış edəcək spikerlər arasında  bu sahə üzrə  beynəlxalq aləmdə tanınan simalar da yer alacaq. Sammitdə tibb nümayəndələrinin qarşılıqlı olaraq  fəaliyyətlərinin  əlaqələndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə  fikir mübadiləsi aparılacaq.

Məşhur türkiyəli estetik cərrah Bülent Cihantimur 30 oktyabr 2022-ci il tarixində  “Four Season Hotel Baku”də baş tutacaq “Global Health Summit”də “Təbii gözəlliyi kəşf edin” mövzusu ilə speaker qismində çıxış edəcək.