1. Home
  2. Event
Event

İnkişafın və liderliyin siması Kəmalə Quluzadə “Millionaire Concept Gala” gecəsinin təltif olunan isimlərindən oldu.

13 Fevral 2026

Kouçinq insanın öz mahiyyətinə qayıdış sənətidir. Azərbaycanda bu sahədə özünü təsdiq etmiş mütəxəssislərdən biri də ICF tərəfindən sertifikatlaşdırılmış PCC səviyyəli kouç və NLP praktiki Kəmalə Quluzadədir.


Ali təhsilini başa vurduqdan sonra o psixologiya və kouçinq sahəsinə yönələrək bir sıra yerli və beynəlxalq təlim və proqramlarda iştirak edib. İşinin peşəkarı olan mütəxəssisin fəaliyyəti əsasən fərdi kouçinq seansları, NLP texnikaları, emosional intellekt və özünüdərk mövzularını əhatə edir. Kəmalə Quluzadənin əsas məqəsdi insanların öz güclərinə inanmasına və həyatlarında şüurlu, davamlı dəyişikliklər etməsinə yardım etməkdir. O, öz daxili dünyalarını daha dərindən tanımaq, emosiyalarını dərk etmək və gizli potensiallarını üzə çıxarmaq yolunda insanların dəstəkçisidir.

Kouçinqi sadəcə bir peşə deyil, insanın öz mahiyyətinə qayıdış prosesi kimi dəyərləndirən Kəmalə Quluzadə hər bir seansda dərin anlayış, özünəinam və daxili gücün aktivləşdirilməsini əsas missiyası hesab edir. Kouçinq sahəsinin ölkədə daha geniş tanıdılması, bu metodun insan həyatına olan dərin təsirinin cəmiyyətə çatdırılması onun hədəfləri arasındadır.

PCC səviyyəli kouç, NLP praktiki, peşəkar mütəxəssis Kəmalə Quluzadə 1 dekabr 2025-ci il tarixində “Millionaire Concept Gala” layihəsində, ilin “The Successful Coach of the Year” nominasiyasına layiq görülmüşdü.

 

 

Tags