1. Home
  2. Aestetic
Aestetic

İncəsənəti insan üzərində tətbiq edən peşəkar estetik həkim Fidan Mustafayeva “Global Health Summit”də speaker qismində çıxış edəcək

21 Oktyabr 2022

Ölkənin peşəkar həkim kosmetoloqlarından olan Fidan Mustafayeva uğurlarına uğur qatmağa davam edir. Estetika bir incəsənətdir. O, isə bu incə sənətin sənətkarlarından biridir.

Fidan Mustafayeva- öz sahəsi üzrə uğurla fəaliyyət göstərən həkim kosmetoloqdur.Tibb Universitetini qırmızı diplomla bitirən Fidan xanım 10 ilə yaxındır ki, estetik həkim-kosmetoloq kimi fəaliyyət göstərir. Həm də beynəlxalq təcrübəyə malik olan Fidan Mustafayeva təcrübə qazanmaq və kosmetologiya sahəsindəki yeniliklərlə tanış olmaq üçün İtaliya, Fransa, Türkiyə, Koreya, Ukrayna və başqa ölkələrdə konqres və seminarlarda iştirak edib.Fidan xanım həmçinin  "Estetika" adlı vəsaitin müəllifidir.Vəsait həkim kosmetoloqun  təcrübəsindən yararlanmaq istəyənlər və yeni başlayanlar üçün nəzərdə tutulmuşdur.

Fidan xanım hesab edir ki, onu başqalarından fərqləndirən cəhət özünə olan inamıdır. Tanınmış simalar öz simalarını  Fidan xanıma etibar edir.

Oktyabrın sonu baş tutacaq  “Global Health Summit” çərçivəsində, öz sahəsində söz sahibi olan yerli və xarici səhiyyə nümayəndələrinin toplantısı olacaq. Sammitdə  çıxış edəcək spikerlər arasında  bu sahə üzrə  beynəlxalq aləmdə tanınan simalar da yer alacaq. Sammitdə tibb nümayəndələrinin qarşılıqlı olaraq  fəaliyyətlərinin  əlaqələndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə  fikir mübadiləsi aparılacaq.

LBC klinikasının peşəkar həkim kosmetoloqu dr. Fidan Mustafayeva 30 oktyabr 2022-ci il tarixində  “Four Season Hotel Baku”də baş tutacaq “Global Health Summit”də “ Estetik tibblə gizli gözəlliyinizi kəşf edin” mövzusu ilə speaker qismində çıxış edəcək.