1. Home
  2. Health Care
Health Care

“Kosmetologiyada yeni eranın başlanğıcı olan qeyri-invaziv texnalogiyanı ölkəmizdə Legacy Aesthtetic Mərkəzi uğurla tətbiq edir”- Azadə Qədirova

03 Noyabr 2022

Sağlam və gözəl görünmək hər kəsin haqqıdır. Müasir kosmetologiyada əksər prodsedurlarda  qeyri-invaziv metodlarla daha ideal nəticələr əldə olunur.  “Legacy Aesthtetic by Azada” bu gün ölkəmizdə bu şərtləri ödəyən və estetik tibb sahəsinə yeni standratlar gətirən mərkəzdir. Mərkəz, sağlamlıq və gözəllik mütəxəssisi Azadə Qədirova tərəfindən təsis olunub.

 

Səhiyyə sektoru üzrə menecer, iş xanımı idarəetmənin səhiyyə sektoruna üstünlük verən Azadə Qədirova Türkiyənin Atatürk Universitetində  səhiyyə menecmentiliyi üzrə təkmilləşir. 2017-ci ildən səhiyyə sektorunun idarə edilməsi yönündə fəaliyyət göstərən  gənc iş xanımı,  2018-ci ildə  dünya miqyasında tanınan Venus Legacy 4D professional estetik texnologiyası ilə Azərbaycanda  natural bədən formaları və üz gəncləşmə proseduraları icra edərək minlərlə xanıma xidmət etdi. 5 ildən artıq bu sahədə uğurla fəaliyyət göstərən Azadə Qədirova  2022-ci ildə ən son  müasir texnologiyaları  bir araya gətirərək Legacy Aesthetic mərkəzini qurdu. Beləliklə ölkəmizdə daha bir müasir mərkəz açılmış oldu.

 

Hazırda fəaliyyətini uğurla davam etdirən “Legacy Aesthtetic by Azada” peşəkar qeyri-invaziv estetik  tibbi texnologiyaların ölkəmizdəki mütəxəssisi qismində çıxış edir.  Mərkəz,  hər biri Amerika FDA sertifikatı ilə təsdiq  olunan  cihazların ölkəmizdə fəaliyyətini  təmin edir.  Burada heç bir cərrahi işləm, inyeksiya tətbiq edilmədən, təbii incəlmə, bədən korreksiyası, dəriyə qulluq, qeyri-invaziv kök hüceyrə işləmi, dərinin qidalanması və bərpası, bədən əzələlərinin  formalaşdırılması, neocollagen tətbiqi, nanotexnologiya ilə üz gəncləşdirmə və anti-aging yaşlanmaya qarşı yüksək texnologiyalarla xidmətlər göstərir. Mərkəzdə BTL firmasının istehsalı olan Emsculpt texnologiyası dünyada əzələ yaradan yeganə texnologiyadır. Eyni zamanda bütün dünyada ginekoloqlar tərəfindən təsdiqlənmiş,  zəifləmiş çanaq diblərinin qeyri cərrahi  üsulla bərpası BTL Emsella  texnologiyası vasitəsilə  məhz  Legacy Aesthtetic sağlamlıq və gözəllik mərkəzində həyata keçirilir.

Peşəkar mütəxəssis Azadə Qədirova  öz fəaliyyətindən danışarkən qeyd edir ki: “Məqsədimiz 21-ci əsrin texnologiyalarının inkişafı dövründə pasientlərin təbii gözəlliyini qoruyub saxlamaq və gənc qalmalarını təmin etməkdir. İş xanımı və sağlamlıq üzrə mütəxəssis olaraq ölkəmizdə müasir qeyri-invaziv kosmetologiya və təbii gəncləşmə üsullarını ilk  tətbiq edənlərdən olduğum üçün qürur duyuram”.

Qeyd edək ki,  bu gün texnologiyanın gəldiyi nöqtə etibarilə tibb sektorundakı yeniliklərə açıq olan “Legacy Aesthtetic by Azada”  Venus Consept və Btl Aesthteic  beynalxalq sertifikatları əsasında fəaliyyət göstərir.