Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istifadə olunmalıdır. Health News darçının ən çox bilinən 12 faydasını oxucularına təqdim edir:
- Darçın diabetin müalicəsində kömək olur. Darçının qan təzyiqini aşağı saldığı, qan şəkərini və insulinə müqavimətini azaltdığı araşdırmalarla sübut olunmuşdur.
- Maddələr mübadiləsini tənzimləyən təsiri sayəsində obezliyə qarşı mübarizədə kömək edir.
- Pis xolesterol olaraq bilinən LDL xolesterol səviyyəsini azaldır və yaxşı xolesterol olan HDL xolesterolunu artırır.
- Göbələk, bakteriya və virusların səbəb olduğu xəstəliklərlə mübarizədə bədən müqavimətini artıran darçın, orta əsrlərdə dərman olaraq istifadə edilmişdir.
- Antimikrobiyal xüsusiyyəti sayəsində bədənin HİV ilə mübarizəsinə kömək edir.
- Kandida göbələyinin müalicəsində son dərəcə faydalıdır.
- Alzheimer və Parkinson xəstəliklərinin simptomlarının müalicəsində rol oynayır.
- Darçın antikarsinogen xüsusiyyətlərə malikdir.
- Darçın antiinflamatuar xüsusiyyətləri ilə immunitet sistemini gücləndirir. Ağrıların müalicəsində istifadə olunur.
- İnsulin müqavimətini azaldan darçın bu xüsusiyyəti ilə polikistik yumurtalıq sindromunun müalicəsində rol oynayır
- Araşdırmalar darçının bir çox antioksidan faydasına sahib olduğunu göstərir. Tərkibindəki yüksək miqdarda antioksidan sayəsində xərçəng və digər xəstəliklər riskini azaldır.
- Göz xəstəliklərinin müalicəsində köməkçi olan darçın, quru gözlər üçün də faydalıdır.
Tags
19 Dekabr 2021, 20:56