1. Home
  2. Medicine
Medicine

“30 yaşdan yuxarı hər bir xanımın ildə ən azı bir dəfə PAPP test ve HPV skrining analizlərini verməsi şərtdir”- Dr. Aysel İbrahimova

24 May 2023

Müəyyən yaş dövründən sonra qadınların həyatında ginekoloqların danılmaz rolu olur. Qadını səciyyələndirən reprodiktiv sistemin sağlamlığı, qadın psixologiyası və xoşbəxtliyi üçün mühüm şərtlərdən biridir. Qadın reproduktiv sisteminə nəzarət, ginekoloji müayinə, hamiləlik, estet ginekologiya ginekoloqların əsas fəaliyyət sahəsidir. Xüsusilə artan xəstəliklər fonunda  qadınlar üçün hər 6 aydan bir ginekoloji müayinə şərtdir. Dr. Aysel İbrahimova bu sahədə 10 ildən çox təcrübəyə malik mütəxəssilərimizdəndir.

Cərrah onkoginekoloq Dr. Aysel İbrahimova 1987-ci ildə Şuşada anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirən Aysel İbrahimova, 2010-2011-ci illərdə Milli Onkologiya Mərkəzinin onkoginekologiya şöbəsində internatura keçir. Ali təhsilini başa vurduqdan sonra o peşəkar bacarıqlarını təkmilləşdirmək, tibb sahəsində ən son yenilikləri və qabaqcıl beynəlxalq təcrübəni mənimsəmək məqsədilə xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir.

Peşəkar onkoginekoloq hazırda laparotomik və laparoskopik üsulla yumurtalıq kistalarının miomalarının çıxarılması, diaqnostik məqsədlə aparılan laparoskopiya və histeroskopiya, poliplərin histeroskopik üsulla çıxarılması, estetik ginekoloji əməliyyatlar, vaginaplastika, perineoplastika, labioplstika, abdomenoplastika və digər əməliyyatları icra edir.

Qadınları diqqətli olmağa çağıran cərrah, onkoginekoloq zamanında olunan müayinənin əhəmiyyətindən danışdı:

“İşlədiyim müddətdə təəssüf ki, gecikmiş uşaqlıq boynu xərçəngi diaqnozu qoyulmuş çoxsaylı qadınlarla rastlaşdım. Hazırda bu patologiyanı vaxtında aşkar etmək ve qarşısını almaq üçün müvafiq skrining testlər mövcuddur. Mənə müraciət edən xanımları bu haqda maarifləndirərək erkən diaqnostikanın gələcək sağlamlıq üçün önəmli olduğunu qeyd edirəm. Belə ki, 30 yaşdan yuxarı olan hər bir xanımın ildə ən azı bir dəfə PAPP test ve HPV skrining analizlərini verməsi şərtdir. Bununla uşaqlıq boynu xərçənginin yaranmasının qarşısını almaq, yaxud yaranmış xəstəliyi vaxtında aşkarlamaq mümkündür. Bu yolla bir neçə xanımda xəstəliyi zamanında aşkarlayıb düzgün taktiki yolla əməliyyat edərək həyatlarını xilas etdiyim üçün qürur hissi duyuram”.

Çoxsaylı beynəlxalq  seminar və konfransların iştirakçısı olan təcrübəli həkim Avropa-Asiya mama-ginekoloqlar Dərnəyinin l beynəlxalq konqresi, Mamalıq və Ginekologiya üzrə III Beynəlxalq konfransı, Qadın reproduktiv orqanlarının şişleri adlı l beynelxalq ginekoloji konqresində yer alıb.   

Dr. Aysel İbrahimova uğurlu fəaliyyətindən dolayı dəfələrlə təltif olunub.