1. Home
  2. Aestetic
Aestetic

“Bizimlə unikal gözəlliyinizi kəşf edin”- Dr. Samirə Quliyeva

02 Avqust 2023

Gözəllik fəlsəfəsinə əsasən hər bir insanın daxili və xarici cazibəsi, gözəlliyi yalnız onun özünə aid deyil, eyni zamanda cəmiyyət qarşısında vəzifəsidir. Gözəllik fəlsəfəsi bütün dövrlərdə mövcud toplumların bünövrəsini təşkil edib. Müasir gözəllik etalonu isə daha çox gözəllik mütəxəssislərinin zövqünə uyğun formalaşır.

Müasir şərtlərdə gözəllik, istedadlı həkim kosmetoloqların sayəsində daha əlçatandır. Son zamanlar bu sahədə olan gözəllik memarlarından biri də gənc həkim kosmetoloq Samirə Quliyevadır.

Biləsuvar rayonunda dünyaya göz açan Samirə Quliyeva 2021-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirir. Universiteti uğurla başa vurduqdan sonra o kosmetologiya üzrə ixtisaslaşır. Öz sahəsinin ən yaxşılarından olmaq və bu sahədə  təkmilləşmək üçün gələcəyin uğurlu kosmetoloqu bir sıra ölkələrdə ixtisasartırma kursları keçir.

Ölkəmizdə  “Discover your unique beauty with us” sloqanı ilə məşhurlaşan  gənc kosmetoloqun əsas məqsədi xanımlara bənzərsiz, özünəməxsus gözəllik bəxş etməkdir. Azərbaycanda və dünyada işində uğurlu olan ən gənc həkim- kosmetoloqlardan biri kimi Samirə Quliyevanın özünəməxsus dəsti-xətti var. O, hər bir xanıma individual yanaşaraq, onların üz cizgilərinə yaraşan prosedurıarı həyata keçirir. Hər zaman eyniləşdirmədən qaçınan həkim kosmetoloq bütün növ ineksiyon prosedurların, xüsusilə “barbie lips” və “baby botox” prosedurlarının icrasını həyata keçirir.  Sözügedən prosedurlar onun dəsti-xəttidir. Onun xaricdə təkmilləşdiriyi xüsusi texnika ilə botoxda mimikaları itirmədən qırışları aradan qaldırmaq mümkündür.

Dr. Samirə Quliyeva təbii görünüşünə çox müdaxilə etmədən gözəlliyinə gözəllik qatmaq istəyən xanımların müraciət edəcəyi yeganə ünvandır.