Tibbin önəmli sahələrindən biri kimi fizioterapiya pasiyentin patologiyasına əsasən onun fiziki sağlamlığının bərpasıdır. Bəzi xəstəliklərin müalicəsi zamanı cərrahi əməliyyatların alternativi kimi məhz bu üsuldan istifadə edilir.
Onurğa xəstəlikləri, əzələ-oynaq ağrıları, dayaq-hərəkət sistemi xəstəliklərinin xroniki hala keçməsinin qarşısını almaq üçün fizioterapistə müraciət şərtdir. Fizioterapiya ölkəmizdə gənc sahə olduğu üçün burada ixtisaslı kadrların sayı azdır. Dr.Əziz Dəvrişov bu sahədə xaricdə ixtisaslaşmış mütəxəssislərdəndir.
O, 2010- 2015-ci illərdə Türkiyənin Hacettepe Universitetində fizioterapiya və reablitasiya fakültəsində ali tibb təhsili, bu sahədə təkmilləşmək üçün 2019-2021-ci illərdə isə İstanbul Atlas Universitetində fizioterapiya və reablitasiya üzrə uzmanlıq təhsili alır. Hacettepe Universiteti ortopediya və nevroloji reabilitasiya üzrə təcrübə keçdikdən sonra Dr.Əziz Dəvrişov Respublika Müalicəvi Diaqnostika Mərkəzində Uzman Fizioterapevt, Azərbaycan Dövlət Tibb Universitetinin fizioterapiya və reabilitasiya kafedrasında müəllim vəzifələrində çalışıb. Təcrübəli fizioterapevt hazırda fəaliyyətini Zahra Klinikasında Uzman Fizioterapevt olaraq davam etdirir.
Peşəsinə böyük sevgi ilə yanaşan Dr.Əziz Dəvrişov bu barədə danışarkən qeyd edir ki: “Hədəfimiz fizioterapiyanı sağlam həyat tərzinin bir parçası halına gətirməkdir”.
Tags
15 Avqust 2023, 19:52