Diş insan orqanizminin xarici təsirlərə ən çox məruz qalan üzvüdür. Zamanla sıradan çıxmış dişlərin funksional və estetik bərpası müasir stomatologiyanın qarşısında duran əsas vəzifədir. Son zamanlar beynəlxalq stomatologiyada uğurla tətbiq olunan üsullardan biri də implantologiyadır. İmplantologiya – diş sırasında baş verən problemin lokal qaydada və effektiv həlli yoludur. Belə ki, dişlərin cərgəsində hər hansı bir diş sıradan çıxarsa, qonşu dişlərə zərər vermədən xüsusi texnologiya ilə yüksək ixtisaslı mütəxəssis tərəfindən bərpa edilməlidir. Ölkəmizdə bu sahədə öz işinin peşəkarı olan təcrübəli həkimlərimizdən biri də Dr. Nurlan Əliyevdir.
Pəşəkar həkim 1984-cü ildə Füzuli rayonunda anadan olub. 2001-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olur. Uzun illərdir stomatoloq- implantoloq kimi fəaliyyət göstən həkim, eyni zamanda estetik stomatologiyanı insan üzərində ən yaxşı tətbiq edənlərdəndir.
Beynəlxalq standartları öz fəaliyyətində tətbiq etmək və bu sahədəki ən son yenilikləri öyrənmək üçün Dr.Nurlan Əliyev dünyanın bir sıra ölkələrində, o cümlədən Amerika və Avropa ölkələrində təkmilləşmə kursları keçib.
Dr. Nurlan Əliyev hazırda Nurum Dental Klinikasının rəhbəri, icraçı direktoru, eyni zamanda baş həkimi kimi fəaliyyətini davam etdirir. Müasir stomatologiyanın əsasını təşkil edən implantologiya və estetik restavrasiyaları öz fəaliyyətində uğurla tətbiq edən həkim bildirdi ki:
“Məqsədimiz pasiyentlərə minimum travma, maksimum nəticə verməklə daha geniş spektrdə böyük kütlələrə xitab etməkdir”
Dr. Nurlan Əliyev eyni zamanda 44 günlük Vətən Müharibəsində könüllü həkim kimi təcili tibbi yardım komandasının tərkibində iştirak edib.
Tags
17 May 2023, 12:41