1. Home
  2. Medicine
Medicine

“Radiologiya bir çox xəstəliyi öncədən aşkarlayaraq ölüm riskini aşağı endirən tibbin görən gözüdür”- Dr. Könül İsmayılova

29 Sentyabr 2023

Müasir tibdə şüa diaqnostikası xəstəliklərin aşkarlanması məqsədilə  geniş istifadə edilir. Radiologiya müxtəlif cihazların köməyilə  xəstəliklərin diaqnozunun qoyulduğu tibbin əsas bölmələrindəndir. Bu üsul patoloji prosesin lokalizasiyası, forması, ölçüləri, yayılması, strukturu, konturları barədə geniş informasiya verir. Həkim-radioloqlar geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirirlər. Tibbin bu sahəsinndə öz sözünü demiş peşəkar radioloqlardan biri də Dr.Könül İsmayılovadır.

O, 2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. Ali tibb təhsilini başa vurduqdan sonra 2004-2006-cı illərdə Milli Onkologiya Mərkəzində stajor həkim kimi fəaliyyətə başlayır. Sonrakı illərdə Dr.Könül İsmayılova Respublika xəstəxanası, N.Tusi adına xəstəxana, Ə.Əliyev adına Həkimlərin Təkmilləşmə İnstitutu, Koreya Şərq Təbabəti klinikasında fəaliyyət göstərən peşəkar həkim hazırda Koreya Şerq tebabeti klinikası və HC klinikasında radioloq, USM həkimi kimi fəaliyyətini davam etdirir.  

Təcrübəli həkim aşağı və yuxarı ətrafların arteriya və vena damarları, boyun damarlarının doppleroqrafiyası, hamiləliyin USM-i, qarın boşluğu orqanlarının, qalxanvari vəz, limfa düyünlərinin, süd vəzilərinin USM-i, tüpürcək vəzilərinin USM prosedularını icra edir.

Öz sahəsində təkmilləşmək və beynəlxalq səhiyyə standartlarına cavab vermək üçün peşəkar həkim 2016-cı ildə Prof. Dr. Açar Koçunun rəhbərliyi ilə Ginekoloji-Ultrasəs kursu keçib. Çoxsaylı konfrans, seminar və simpoziumların iştirakçısı olan Dr. Könül İsmayılova Fred Uşakovun rəhbərliyi altında "USM sempoziumu"da, "1 Fetal USM ve ginekoloji estetik sempoziumu",  İSOUG-un təşkilatçılığı ilə  "Advances in fetal medicine and gynecologic ultrasound" konfransında iştirak edib.