1. Home
  2. Health Care
Health Care

“Şəfa sadəcə bədəndə deyil, düşüncə və ruhda da olduğu üçün xəstəliyi deyil, xəstəni şəfalandırırıq”- Dr. Ülya Quliyeva

27 Oktyabr 2023

 

Müasir tibdə yeni yanaşmalardan biri də inteqrativ təbabətdir. Digər adı bütüncül tibb olan bu müalicə metodu qədim zamanlardan məlum olsa da, sintetik dərman bazarının inkişafı ilə sıxışdırılmışdır. Bu gün yenidən gündəmə gələn bu üsul, xroniki xəstəliklərin müalicəsində istifadə olur. İnteqrativ təbabətdə xəstənin genetik və biokimyəvi xüsusiyyətləri, həyat tərzi kompleksləşdirilərək vahid mərkəzli müalicə üsulu tətbiq edilir. Ölkəmizdə yeni-yeni tanınmaqda olan bu sahənin mütəxəssislərindən biri də Dr. Ülya Quliyevadır.

Həkim ailəsində böyüyən mütəxəssisin uşaqlıqdan arzusu valideynlərinin yolunu davam etdirmək olub. İxtisasca endokrinoloq olan Dr. Ülya Quliyeva İtaliyanın paytaxtı Romada yerləşən Sapienza Universiteti və Türkiyədə İstanbul Bahçeşehir Universitetində bütüncül tibb üzrə ali təhsil alıb. Bu sahədə təkmilləşən gənc həkim funksional tibbə yönəlik çoxsaylı kurslarda iştirak edib.

Dr. Ülya Quliyeva Wellbeing Medical Center-in təsisçisi və baş həkimidir. Bütün dünyada, o cümlədən Avropada inteqrativ tibbi aşılayan  müalicə protokolları ölkəmizdə yalnız Wellbeing Medical Center-də tətbiq olunur.

Mərkəzdə hər pasiyentə  bədən, ruh və zehin olaraq individual yanaşma tətbiq olunur və ozonoterapiya ilə damardan venadaxili tədavilər həyata keçirilir. Orqanizmin ən kiçik struktur vahidi kimi bütün proseslər hüceyrə səviyyəsində başlayır. Bunu əsas gətirən bütüncül tibb müalicəni hüceyrə səviyyəsində tətbiq edərək sintetik dərmanlara qarşı çıxır. Bu müalicə metodunda sintetik dərmanları təbii qida əlavələri əvəzləyir.

7 may 2023-cü il tarixində Azərbaycanda ilk dəfə Dr. Ülya Quliyevanın təşkilatçılığı ilə türkiyəli uzman həkim Hasan Hüsnü Erenin də qatıldğı Hüceyrəvi Tibbi Müalicə kimi yeni müalicə metodlarından bəhs edən konfrans baş tutub. Öz sahəsinin peşəkarı olan 100-dən çox həkimin iştirak etdiyi  konfransda, bədəndə olan ağır metallar və digər patogenlər, vitamin və mineralların inteqrativ tibdəki rolu, ikinci beyin hesab edilən bağırsaqların florası, yod elementi və onun insan orqanizmindəki rolu ilə bağlı müalicə metodları haqda məlumat verilib. Uğurla başa çatan və yüksək tələbat görən konfransın qısa zamanda yenidən təşkil olunacağı gözlənilir.