1. Home
  2. Aestetic
Aestetic

“Ən böyük motivasiyam, pasiyentlərimin gözlərindəki sevinc və etibardır”- Dr. Fidan Sadıqova

01 Noyabr 2023

Kosmetologiya tibbin cavan qolu kimi sürətlə inkişaf edərək tələbatlı sahələrdən birinə çevrilib. Hədəfi  qüsurları və yaşlanmanı aradan qaldırmaq olan kosmetologiya məsuliyyət və bacarıq tələb edir. Bu sahədə formalaşan və böyük hədəfləri olan kosmetoloqlarımızdan biri də Dr. Fidan Sadıqovadır.

Gənc həkim kosmetoloq Dr. Fidan Sadıqova işinin peşəkarıdır. Estetik gözəlliyə olan vurğunluğu magistr təhsilini başa vurduqdan sonra onu kosmetologiyaya gətirir. Artıq 5 ildir ki, bu sahədə olan həkim kosmetoloq öz sahəsinin yeniliklərini öyrənib öz işində uğurla tətbiq edir. O, estetik kosmetologiyaya aid prosedurları uğurla icra edir. Hər bir pasiyentə individual yanaşan həkim kosmetoloqun əl işləri məmnunluqla qarşılanır.

Öz işindən zövq alan Dr. Fidan Sadıqova hesab edir ki, müştəri məmnuniyyəti onun başlıca motivasiya mənbəyidir.