Bel ağrıları və disk yırtığı günümüzün geniş yayılmış xəstəlikləri arasında ön sıralarda yer alır. Lakin müasir fizioterapiya bu problemin bir neçə həlli yolunu təqdim edir. Uzman fizioterapevt Dr. Əziz Dəvrişov disk yırtığı və onun müalicə üsulları haqda bilmədiklərimizdən danışdı:
Disk yırtığının yaranma səbəbləri hansılardır?
İnkişaf etməkdə olan dünya ölkələrində daha çox görülür bunun səbəbi iş yükünün çox olmasıdır. Yanaşı olaraq passiv həyat tərzinə bağlı olaraq uzun müddətli oturduqları zaman əzələrdə ,atrofiyalar əmələ gəlir.Bu fəqərə arası disklərdə yüklənmələr yaradır.Diskdə ilk öncə qabarma (bulging),protruziya sonrada disk yırtığı yaranır.
Disk yırtığı özünü hansı simptomlarla biruzə verir?
Disk yırtığında ilkin mərhələdə qabarma olduğuna görə,burda daha lokal bel ağrıları,gəlib,gedən ağrılar,anidən bel tutulması olur.Ağrı kəsici dərman və mazlardan istifadə edirlər. Ağrı kəsir.Xəstə sanki heç bir problem yaşamamış kimi həyatına davam edir.Müalicə almadığına görə qrija formalaşır. Başlayır ayağa ağrılar,keyimələr verməyə.Bud çanaq bel hissəsində özünü biruzə verir.Disk yırtığının ilk simptomu beldə ağrılar başlayır.
Disk yırtığının hansı müalicə üsulları var?
Bütün dünyada konservativ və cərrahi üsul olaraq 2 ə ayrılır.Bütün dünyada 5% disk yırtığında cərrahi göstəriş olur.Hər hansı hərəkət məhdudiyyəti,sidik qaçırma,motor hərəkətlər itdiyi zaman biz cərahiyəyə göndəririk. Dünyada 95% isə konservativ müalicələr alır. Burada yenilikçi fizioterapiyadan,müalicəvi idman hərəkətlərindən,xüsusi cihazlardan istifadə olunur.Müəyyən xəstələrdə ağrıları blok etmək üçün injeksiyonlardan istifade olunur.
4. Əziz bəy, siz Uzman fizioterapevt olaraq öz təcrübənizdə hansı konservativ müalicə növlərindən istifadə edirsiniz?
Hal hazırda dünyada yenilikçi fizioterapiyalar istifadə olunur.Disk yırtığında daha çox boyun və bel üçün lokal dekompresiya dediyimiz cihazlar var ki,bugün ümumi traksiyalardan fərqli olaraq,lokal olaraq, komputer sistemi ilə disk yırtığının hansı səviyədə olduğunu, boyun və bel üçün lokal seçirsən. Burda dartma əməliyyatı sırf seçdiyimiz nahiyələr üçün olur. Onurğanın Lazimsiz olan hissələrində heç bir dartma əməliyyatı olmur.Bunla yanaşı tekar terapiyadan,qısa əzələlər varsa streçinqlərdən,tens cihazından, iqla terapiyadan və bel əzələlərini gücləndirmək üçün müalicəvi idman hərəkətlərindən istifadə edirik
5. Əməliyyatsız müalicə növləri ilə xəstəliyin reabilitasiya müddəti nə qədərdir?
Burda reabilitasiyanın dəqiq vaxtını deyə bilmirik.Burda dəyişən faktorlar var. Müalicə olunan pasiyentlərə ,disk yırtığının dərəcəsinə ,verdiyi simptomlara görə müalicə müddəti təyin olunur. Ortalama 10 gün müalicə müddəti olur.Pasiyentlərə 6 aylıq onurğa ətrafı əzələlər üçün,aşağı ətrafların əzələlərini açmaq üçün ev hərəkətləri veririk.Ayda 1 dəfə kontrol edirik. Bu kontrollardan sonra pasiyent həyat tərzini normal uğunlaşdırdığı zaman gələcəkdə disk yıırtığı ona problem olmur.Dediyim kimi xüsusi spesifik nə qədər olduğunu pasiyenti dəyərləndirib,problemlərin nə qədər olduğunu aşkarlayırıb,Xəstəyə özəl proqram çıxarırıq.
Tags
08 Dekabr 2023, 12:16