1. Home
  2. Health Care
Health Care

Qaraciyərə ən çox zərər verən TOP 5 populyar yeməklər və qidalar

31 Dekabr 2021

İnsan orqanizmində böyük rol oynayan qaraciyər maddələr mübadiləsini
tənzimləyir və bədəndən toksinləri çıxarır. Hansı populyar yeməklər orqanın
vəziyyətini pisləşdirə və sağlamlığınıza zərər verə bilər? Qaraciyərin sağlamlığını
qorumaq üçün nə etməliyik? Bu sualların cavabını məqaləmizdə tapacaqsınız.


Fast foodun hökmdarı


Dəbdə olan yağlı burgerlər, şübhəsiz ki, qaraciyəriniz üçün ən pis seçimdir. Həm
ətin özündə, həm də qızardılan yağda olan doymuş yağın bolluğu qaraciyərin
fəaliyyətini çətinləşdirir. Zamanla bu, alkoqolsuz qaraciyər yağlanmasına səbəb
ola bilər.


Pizza


Əsas italyan yeməyi hesab olaunan pizza da qaraciyər üçün zərərlidir. Onun
tərkibində çoxlu doymuş yağ var ki, bu da orqanizmimiz üçün çətin həzm
olunur. Doymuş yağlarla zəngin qidaların müntəzəm istehlakı qaraciyər
hüceyrələrində yağ yığılmasına səbəb olur ki, bu da tədricən qaraciyərin
iltihabına gətirib çıxara, daha sonra sirroza çevrilə bilər. Alkoqolsuz yağlı
qaraciyərin inkişaf riski ilə yanaşı, belə bir qidalanma ürək xəstəliklərin yaranma
riskini də artırır.


Şirin kremlər


Tərkibində yüksək şəkər və yağ olduğuna görə bu şirniyyat qaraciyərin
sağlamlığı üçün çox zərərlidir. Əgər səhərlər bir fincan qəhvə içməyi sevirsinizsə,
o zaman onu kremsiz içmək daha yaxşıdır.


Dondurma


Dondurmanı ən zərərli qidalardan biri adına layiq görülən gözlənilməz namizəd
kimi də hesab etmək olar. Bunun səbəbi odur ki, dondurmanın tərkibində
yüksək şəkər və doymuş yağ yetərincə çoxdur. Əlbəttə ki, bu qidadan qətiyyən
imtina etmək də mümkün deyil, ancaq əgər sizin qaraciyər probleminiz varsa,
belə bir desertdən imtina etməlisiniz.


Alkoqol


Əhalinin əksəriyyəti spirtli içkilərdən təkcə bayram günlərində istifadə etmir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, əhalinin 90%-i
alkoqoldan istifadə edir. Eyni zamanda əhalinin 40-45%-i, əsasən də kişilər
müntəzəm olaraq spirtli içki qəbul edirlər. Araşdırmalar göstərir ki,
ümumiyyətlə içməmək sağlamlıq üçün ən təhlükəsizdir və etanolun yalnız 2%-i
bədəndən ağciyərlər və böyrəklər vasitəsilə xaric olur. Buna görə də, bir
çoxlarını spirt içdikdən sonra qaraciyərin necə bərpa olunacağına dair suallar
çox narahat edir.