1. Home
  2. Person
Person

Ukraynalı Avesta astroloqu Rysina Radena The Globe Galada 

01 Aprel 2024

“Hər gün bu dünyanı yaşamaq üçün daha xoşbəxt bir yerə çevirirəm”. Bu sözlərin müəllifi peşəkar ukraynalı Avesta astroloqRysina Radenadır. Bu günə qədər o 1000-dən çox pasiyentə xoşbəxtlik yolçuluğunda bələdçilik edib. İnsanları karmik döngülərin ən çətin vəziyyətlərindən çıxartmaq, həyatda işığa, xoşbəxtliyə və sevgiyə qovuşdurmaq onun əsas missiyasıdır.

Peşəkar mütəxəssis öz fəaliyyətindən bəhs edərkən bildirir ki: “Astrologiya mənim üçün sadəcə bir peşə deyil, bu mənim missiyam, yolum və taleyimdir, onu xoşbəxtliklə qəbul edib yerinə yetirirəm”.

Dərk etmədən həyat dərslərindən əlaçı çıxmaq çətindir. Rysina Radena bu baxımdan həyatı və insanları bütün gerçəkliyi ilə qəbul edir və onların şəfalanmasında öz əməyini əsirgəmir.

Seanslardan sonra  pasiyentlərin həyatlarının necə dəyişdiyini görmək onun üçün ən yüksək mükafatdır. Rysina Radena xoşbəxtliyin sirlərini öyrənmək, bolluq- bərəkət və qadın enerjisini  kəşf etmək istəyən xanımlar üçün tez- tez səhər yeməyi və mühazirələr təşkil edir.

Biz insanlar sahib olduğumuz potensial gücdən xəbərsizik. Çünki o, doğumxəritələrimizdə kodlaşdırılıb. Doğum qrafiki, insan dünyaya gələn zaman ilk nəfəs alma anında bütün planetlərin enerjilərinin qeydə alınmış vəziyyətidir. Radena Rysena həyatı asanlaşdırmaq üçün hər günün enerjisinə inteqrasiya etməyə kömək edən öz fərdi təqvimlərini yaradıb.

O, eyni zamanda istənilən məqsədə çatmaq üçün nəzərdə tutulan transformasiya oyununun dirijorudur. Oyunda uğursuzluqların bütün səbəbləri dərindən öyrənilir və aradan qaldırılır.

Ukraynalı Avesta astroloqu Rysina Radena, 19 Mart  2024-cü il tarixində “The Globe Gala” layihəsində ilin “The Succesful Astrologist of The Year” nominasiyasına layiq görülmüşdü.