22-23 may 2024-cü il tarixində Bakı tibbi turizm sahəsində çoxdan gözlənilən layihəyə ev sahibliyi edəcək. Belə ki, beynəlxalq tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO" sərgisi Hyatt Regency oteldə baş tutacaq.
"UNITED MEDICAL TOURISM EXPO" tibb və sağlamlıq turizmi üzrə dünya liderlərini bir araya gətirən əsas sənaye tədbiridir. Sərgi “United Expo” şirkəti tərəfindən təşkil olunur və 5 ölkənin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Hindistanın tibbi turizm assosiasiyaları tərəfindən dəstəklənir.
Dünyanının on ölkəsindən olan tibb müəssisələri və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün layihədə bir araya gələcəklər. Sərgidə klinikalar və tibb mərkəzləri, reabilitasiya mərkəzləri, sanatoriya-kurort müəssisələri, Sağlamlıq pansionatları, estetik tibb mərkəzləri, Spa & Wellness otelləri, tibbi turizm agentlikləri, ixtisas assosiasiyaları, marketinq və IT şirkətləriyer alacaq.
Sərgidə zəngin işgüzar proqramla dünyanın müxtəlif yerlərindən olan 30-dan çox mütəxəssis iştirak edəcək.
Tibbi turizm sahəsində baş tutacaq layihənin bir hissəsi olmaq və ödənişsiz bilet əldə etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Tags
15 Aprel 2024, 11:22