1. Home
  2. Diet & Nutrition
Diet & Nutrition

“Dieta ilə uzun zaman çəki ata bilməyən insanlar qidalanma tərzini dəyişməlidir” – Dr. Elvira Ağabəyzadə

09 Avqust 2024

 

Alman filosofu Albert Şveytser deyirdi ki: ”Xoşbəxtlik yaxşı bir sağlamlıq və pis bir yaddaşdan başqa bir şey deyil”. 

Sağlamlığın əsas meyarlarından biri məhz qidalanmadır. Deyirlər insan nə yeyirsə odur. Pəhriz vizual olaraq  artıq çəkidən azad olmaqla yanaşı, metabolizmi normallaşdırmaq, immunitet sistemini gücləndirmək, həzm sistemini stabilləşdirmək üçün vacib özünümüalicə üsuludur. Kor-koranə tərtib edilmiş  pəhriz reseptləri ilə qısa zamanda çəki atmaq insan sağlamlığı üçün təhlükəlidir.

Funksional həkim dietoloq Elvira Ağabəyzadə məsələyə münasibət bildirib: 

“Pəhriz zamanı qida rasionunda zülal, yağ, karbohidrat və vitamin balansı mütləq qorunmalıdır. Pəhriz reseptləri həkim dietoloqlar tərəfindən arıqlamaq istəyən şəxsin irsiyyəti, peşəsi, orqanizminin xarakteri, vaxtilə keçirdiyi xəstəliklər, hal-hazırda olan xroniki xəstəlikləri və s. nəzərə alınaraq kompleks müayinədən sonra təyin edilməlidir”.

Funksional həkim dietoloqun sözlərinə görə 

öncə artıq çəkinin yaranma səbəbini müəyyənləşməlidir:

“Biz pasiyentin bədənində gedən prosesləri analiz edib, maddələr mübadiləsinin necə getdiyini, piy - əzələ kütləsi və mineral balansını öyrənib daha sonra düzgün arıqlama qaydasını seçirik”.