1. Home
  2. Aestetic
Aestetic

Fidan Mustafayeva: Pasiyentlərin müsbət rəyi mənim üçün ən böyük uğurdur və bu məni çox ruhlandırır

24 Mart 2022

 

Dr. Fidan Mustafayeva  peşəsini sevən və öhdəsindən layiqincə gələn tanınmış həkim kosmetoloqdur. Yerli və beynəxalq seminarlarda iştirak edən peşəkar həkim kosmetologiya sahəsində yaranan tendensiyaları yaxından izləyir və topldaığı zəngin təcrübəni öz işində uğurla tətbiq edir. “Pasiyentlərin rəyi mənim üçün çox vacibdir. Bu mənə böyük güc verir və məni daha da ruhlandırır. Əgər pasiyent görüşümüzdən sonra əvvəlki vaxtdan daha cavan göründüyünü deyirsə, bu təbii ki, mənə çox xoş təsir edir”, - Fidan Mustafayeva qeyd edir.
 
Peşəkarlığa gedən yolda Fidan Mustafayeva dəfələrlə xarici konqres və seminarlarda iştirak edib. Bu illər ərzində ölkəmizdə uğurla çalışan peşəkər həkim əldə etdiyi nəticələrlə pasiyentlərin böyük inamını və rəğbətini qazanıb. Bununla yanaşı Fidan Mustafayeva onlarla tələbə hazırlayaraq, kosmetologiyaya yeni başlayanlar üçün “Estetika” adlı tədris vəsaitini çapdan buraxıb.
 
İşində hər bir pasiyentə individual yanaşan həkim deyir ki, mərkəzlərinə gələn hər bir şəxsin üzü ilə bağlı öz arzusu və istəyi olur. Bununla bağlı Fidan Mustafayeva öz fikrini belə izah edib: “Pasiyentlərin üzlərində kosmetoloji prosedurlar aparan zaman çalışıram ki, cavanlaşdırmaq və gözəlləşdirməklə yanaşı onların yaşadıqları izləri də silim, çünki hər biri həyatın müəyyən dövründə stress və narahatlıq keçiriblər”.

Fidan Mustafayevanın əsas hədəfi zəngin əcrübəsindən istifadə edərək yenilikləri kosmetologiya sahəsində tətbiq etmək və  bu sahəni inkişaf etdirməkdir.

Son illər ərzində isə Fidan Mustafayeva uğurlu fəaliyyətinə və qazandığı nailiyyətlərə görə, “Reputation Inc.” PR və Event şirkətinin təşkilatşılığı ilə "Fairmont Baku" otelində baş tutan “Global Health Awards” layihəsinin qala gecəsində mükafatla təltif olunub.