1. Home
  2. Interview
Interview

“Marga Baku göstərdiyi xidmətlərlə insan sağlamlığını optimallaşdırmaq və həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir” – İbrahim Balanlı

27 Avqust 2024


İnsan bədən, zehin və ruh olaraq aydınlanma yaşadığı zaman həyatı köklü şəkildə yaxşıya doğru dəyişir. Müasir tibbin bu  yeni yanaşma üsulu bütüncül tibb adlanır. Ənənəvi tibdən fərqli olaraq burada ruh və zehin bədəndən ayrı təsəvvür edilmir. Marga Wellness şəhərimizin bütüncül tibb üzrə ixtisaslaşmış sağlamlıq mərkəzlərindəndir. Marga Baku-nun qurucusu İbrahim Balanlı bütüncül tibb, onu dəyərli edən səbəblər və qurucusu olduğu sağlamlıq mərkəzi barədə Healthnews-a danışdı.

 

İbrahim bəy, Marga hansı məqsədlə yaradılıb?


- Marga Sanskrit dilində "yol" deməkdir. O, sizi sağlam, sakit və keyfiyyətli həyat tərzinə aparan yolda ən yaxın bələdçinizdir. Bütüncül tibb fəlsəfəsinə inanan Marga, bədənin, zehnin və ruhun bir bütün olduğunu nəzərə alır və bu yanaşma ilə insanı bir bütün olaraq müalicə edir. Bu yanaşma təbii müalicə üsullarına əlavə olaraq, qidalanma, fitnes, yoqa, meditasiya və akupunktur kimi xidmətlərimizlə dəstəklənir.

Marganın sağlıq sahəsində Bakıya gətirdiyi yeniliklər və həll yolları hansılardır?

Marga səhiyyə sektorunun öncüllərindən olaraq qədim müdrikliyi müasir biliklərlə birləşdirərək Bakıya gətirir. Marga bütüncül tibb prinsiplərinə sadiq qalaraq, individual sağlamlıq proqramları ilə fərdlərin fiziki, zehni və mənəvi sağlamlığını dəstəkləyir. Marga Baku hazırda Dreamland daxilində bütüncül tibb və innovativ texnologiyalarla təchiz olunmuş sağlamlıq mərkəzi kimi xidmət edir.

 

Marga Baku hansı xidmətləri göstərir?

Marga Baku ozon terapiyası, IV terapiya, fotobiomodulyasiya, maqnit sahəsi terapiyası və vahid sağlamlıq konsultasiyası kimi müasir və ənənəvi tibbi üsullar təklif edir. Bundan əlavə, qırmızı işıq terapiyası, kök hüceyrə terapiyası və regenerativ tibb tətbiqləri kimi innovativ müalicə üsulları klinikamızın xidmətləri arasındadır. Marga Baku göstərdiyi xidmətlərlə insan sağlamlığını optimallaşdırmaq və həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.

 

İbrahim bəy, Marga ile Dreamlandi birləşdirən dəyər nədir?

Davamlı həyat konsepsiyası üzərində inşa edilən Dreamland insanlar üçün hər şeyin əlçatan olduğu, firavan və xoşbəxt bir dünya yaratmağı hədəfləyir. Marga isə insanların sağlamlıq proqramlarından müalicə planlarına qədər bu xəyalı dəstəkləyən bir quruluşa sahibdir. Deyə bilərəm ki, artıq Dreamland və Marga davamlı həyat və sağlamlıq mövzusunda biri-birini tamamlayan bir bütün yaratmağı bacarıb.


 

Marga mövcud sağlamlıq yanaşmalarından nə ilə fərqlənir?

Ənənəvi xəstəxanalardan fərqli olaraq, Marga yalnız xəstəliyin nəticələrinə baxmır, onu yaradan səbəblərə köklənir. Bütüncül tibbi tətbiq edərək xəstəliyin kökünə enib xəstənin yalnız fizki deyil, ruhsal və emosional sağlığını yaxşılaşdırmağa çalışır. Bu bütüncül yanaşma üsulu xəstənin ümumi sağlamlığını dəstəkləyərək uzunmüddətli sağlamlıq vəd edir. Bu da bizim biohacking və uzunömürlü yaşam tətbiqlərimizin seçilmə səbəblərindən biridir.