1. Home
  2. Health Care
Health Care

Bədəniniz və ruhunuz üçün kiçik bir hədiyyə – masajın sehri ilə rahatlığı hiss edin

18 Fevral 2025

Əzimova Aynur, təbii gözəllik üsullarına olan marağı onu kosmetologiya sahəsinə yönləndirib. Passientlərinin fərdi ehtiyaclarını nəzərə alaraq onlara öz gözəlliklərini ən təbii şəkildə vurğulayan prosedurlar təklif etmək əsas məqsədidir. Unutmayaq ki, hər bir qadın unikaldır və onların dərisinin, saçlarının ümumi baxıma olan tələbləri fərdi yanaşma tələb edir. Gözəllik isə yalnız xarici görünüşdən ibarət deyil – o, bədən və ruhun harmoniyasından yaranır.

Aynur sizə, masaj texnikası vasitəsilə dərinizin canlanmasını təmin etməklə yanaşı, rahatlıq və enerji dolu bir təcrübə təqdim edir. Müasir texnika və ənənəvi metodları birləşdirərək hər bir passientin ehtiyaclarını qarşılayacaq. Gəlin sizinlə, üz masajı növləri və onların faydaları haqqında danışacayıq. Üz masajı həm dərinizin gözəlliyini qorumaq, həm də rahatlıq və stressdən azad olmaq üçün əvəzolunmaz bir vasitədir. Müxtəlif masaj texnikaları hər bir fərqli ehtiyaca cavab verir.

o   Klassik Üz Masajı- Bu ənənəvi masaj texnikası üz əzələlərini yumşaq hərəkətlərlə rahatlaşdırır, qan dövranını sürətləndirir və dərini qidalandırır. Klassik masaj dərinizə təravət bəxş edir, yorğunluq izlərini azaldır və gərginliyi aradan qaldırır.

o   Lifting Masajı-Lifting masaj qırışların yaranmasını gecikdirir, dərini sıxlaşdırır və üz konturunu möhkəmləndirir. Dərinin elastikliyini artıraraq, gənc və sağlam bir görünüş yaradır. Bu masaj növü xüsusilə cavanlaşdırıcı təsiri ilə tanınır.

o   Limfatik Drenaj Masajı-Bu masaj texnikası üzdə limfa dövranını yaxşılaşdıraraq toksinlərin çıxarılmasına kömək edir. Şişkinliyi azaldır, dərini hamarlaşdırır və təravətli görünüş bəxş edir. Texnika olaraq daha dərin təzyiqlə və yuxarıya doğru hərəkətlərlə tətbiq olunur. Limfatik drenaj masajı dəridə yığılan ödəmi aradan qaldırmaq üçün ən ideal üsullardan biridir.

o   Şiatsu Üz Masajı-Yapon masaj texnikası olan Şiatsu üz masajı, xüsusi təzyiq nöqtələrinə basmaqla enerji axınını bərpa edir. Eyni zamanda üz əzələsini situmullaşdırır  və bədənin daxili balansını təmin edir. Bu masaj stressi azaldır, qan dövranını artırır və dəriyə sağlam bir parlaqlıq qazandırır.

o   Akupressura Masajı-Bu masaj növü üzdəki enerji nöqtələrinə təzyiq edərək stressi və yorğunluğu aradan qaldırır. Akupressura masajı həmçinin dəridə qan dövranını stimullaşdırır, üz əzələlərini rahatladır və dəriyə sağlam bir görünüş bəxş edir.

o   Bukkal Masaj-Unikal bir texnika olan bukkal masaj, həm üzün xarici, həm də daxili hissələrinə tətbiq olunur. Üz əzələlərini dərinlikdən rahatladaraq dərinin elastikliyini artırır və stressi azaldır. Bu masaj dərinin sıxlığını artırmaq üçün xüsusi olaraq tövsiyə edilir.

Masaj – qadınlar və kişilər üçün həm bədəni, həm ruhu sakitləşdirən mükəmməl rahatlama üsuludur. Hər bir üz masajı növü dəriyə, bədənə və ruha xüsusi fayda gətirir. Dərinizi Aynurla kəşf edərək, masajın həzzini yaşayın. Gərginliyi unudun, dincliyə qovuşun və sağlamlığınızı qoruyun, özünüzə dəyər verin, çünki siz buna layiqsiniz!