Leyla Vəkilsoy – jurnalist, psixoloq-nutrisioloq, biohacking və XBODY EMS məşqləri üzrə mütəxəssisdir. O, 2015-ci ildən Azərbaycanda EMS fitnes studiyaları şəbəkəsinin təsisçisidir və XBODY şirkətinin ölkədə rəsmi nümayəndəsidir. 2019-cu ildən Nutrisiologiya, Diyetologiya və Piylənmənin Qarşısının Alınması Akademiyasının (ANDOP) üzvüdür. EMS məşqləri hal-hazırda “Nine Senses” Yaradıcılıq və Özünüinkişaf Art Mərkəzində və “The Club Port Baku” Beynəlxalq Sağlamlıq Klubunda həyata keçirilir.
O, innovativ metod və fərdi yanaşma vasitəsilə 10 000-dən çox insana ideal formaya düşməkdə və həyat keyfiyyətini artırmaqda kömək etmişdir. Onun fəlsəfəsinə görə, sağlamlıq idarə oluna bilən bir resursdur və bunun üçün əsas məsələ düzgün yanaşmanı və bilikləri tətbiq etməkdir.
Biohacking, insan orqanizmini elmi biliklər, texnologiya və düzgün qidalanma prinsipləri əsasında optimallaşdırmağa yönəlmiş holistik yanaşmadır. Bu metod, sadəcə simptomları müalicə etməyi deyil, ümumi həyat keyfiyyətini uzunmüddətli perspektivdə yaxşılaşdırmağı hədəfləyir.
Biohacking-in əsas məqsədlərinə enerji və dözümlülüyün artırılması, beyin fəaliyyətinin yaxşılaşdırılması, yuxunun optimallaşdırılması, qocalma proseslərinin yavaşladılması, immunitetin gücləndirilməsi daxildir. Bu yanaşma bir çox geniş problemlərin qarşısının alınmasına kömək edə bilər. Məşhur alimlərin tədqiqatları və kəşflər göstərir ki, biz həyat tərzimizi dəyişməklə sağlamlığımıza və məhsuldarlığımıza bilavasitə təsir edə bilərik.
Biohacking yanaşması qidalanma sistemlərinin də fərdiləşdirilməsini tələb edir. Ketodieta, paleo, bitki əsaslı qidalanma və aralıqlı oruc kimi metodlar yalnız şəxsin metabolik tipi və hormon balansı nəzərə alındıqda effektiv olur. Bu səbəbdən Leyla Vəkilsoy dəblərə kor-koranə uymamağı, əvəzində bədənin siqnallarını dinləməyi və fərdi ehtiyaclara uyğun strategiya qurmağı tövsiyə edir.
Leyla Vəkilsoy öz təcrübəsində XBODY EMS texnologiyasından geniş istifadə edir. Elektrik əzələ stimulyasiyası metodu olan EMS adi güc məşqlərindən 40% daha effektivdir və seans cəmi 20 dəqiqə çəkir. Leyla Vəkilsoy həm də klassik texnikalardan – nəfəs məşqləri, yoqadan istifadə edərək hər müştəri üçün fərdi sistem yaradır. Onun fikrincə, biohacking sadəcə bir trend deyil, düşüncə tərzi və həyat fəlsəfəsidir. Bu yanaşma – bədən, ağıl və enerjinin ahəngdar və balanslı şəkildə işlədiyi bir həyat yoludur. Məqsəd sadəcə yaşamaq deyil, məhsuldar, sağlam və uzunömürlü yaşamaqdır.
Tags
23 Aprel 2025, 11:07