1. Главная
  2. Diş həkimi
Diş həkimi

Gülümsəmənizi Etibar Edəcəyiniz həkim, Dr. Günel Təhməzovaya.

01 Avqust 2025

Həkim stomatoloq Dr. Günel Təhməzova həm də fərqli həyat yolu və zəngin təhsil təcrübəsi ilə seçilir. Estetik stomatologiya və pasiyent psixologiyasını bir araya gətirən bu sahədəki fəaliyyətini sevgi və məsuliyyətlə davam etdirən həkim, artıq 5 ildir ki, özəl klinikada çalışaraq, insanlara sağlam və gözəl gülümsəmələr bəxş edir.

Belə ki, 1992-ci il noyabrın 3-də dünyaya gələn Günel xanımın ilk təhsil sahəsi tibblə bağlı olmasa da, həyat yolu onu zamanla bu sahəyə yönəldib. Ali təhsilinə Gəncə Dövlət Universitetində Alman dili ixtisası ilə başlayıb. Tibbi sahə onun planlarında olmasa da, ailəsindəki stomatoloqlar onun bu sahəyə olan təbii bacarığını və müşahidə qabiliyyətini kəşf etdikdən sonra həyatını dəyişəcək qərar verir.

Azərbaycan Tibb Universitetində Stomatologiya ixtisası üzrə təhsil alan Günel xanım, bu sahənin yalnız texniki deyil, həm də yaradıcı və psixoloji dərinlik tələb etdiyini gördükcə, bu peşənin onun üçün nə qədər uyğun olduğunu anladığını deyir:

Təhsilini yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdə estetik stomatologiya və implantologiya sahəsində davam etdirən Dr. Təhməzova, beynəlxalq praktiki təcrübələrdə iştirak edərək biliklərini və bacarıqlarını daha da təkmilləşdirib. Hazırda pasiyentlərinə yalnız tibbi deyil, həm də estetik və psixoloji baxımdan tam keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətini davam etdirir. Uşaqlarla münasibətdə göstərdiyi yumşaq və empatik yanaşma, böyüklərlə isə informativ və inandırıcı ünsiyyəti sayəsində minlərlə insanın etibar etdiyi həkimə çevrilib.

Dr. Günel Təhməzova bu gün stomatologiyanı yalnız bir tibbi xidmət kimi deyil, həm də sənət, elmi dəqiqlik və insan yönümlü yanaşma kimi görür. O, peşəsini sevərək icra edir və hər pasiyent üçün estetik və funksional nəticəyə nail olmağı qarşısına məqsəd qoyur.