1. Home
  2. Person
Person

Günel Adıgözəlova: Ən vacib amil pasiyentin təbii gözəlliyini vurğulamaq, sağlamlığını nəzərə alaraq onu daha baxımlı etməkdir 

05 Yanvar 2022

Avropada kosmetologiya üzrə ixtisaslaşmış kurslar keçən və beynəlxalq seminarların iştirakçısı olan Dr. Günel Adıgözəlova kosmetologiya sahəsində hər zaman yeniliklər tətbiq edir. O, əldə olunan bütün bilik və bacarıqlarından istifadə edərək tibb sahəsinə öz töhvəsini verir. Günel Adıgözəlovanın əsas iş prinsiplərindən biri də fərdliliyi qoruyaraq gözəllik yaratmaqdır.

"Mən hesab edirəm ki, həkim-kosmetoloqun işində ən vacib amil pasiyentin təbii gözəlliyini vurğulamaq, onun sağlamlığını nəzərə alaraq daha baxımlı etməkdir. Çünki həkim üçün insanın təkcə xarici görünüşü deyil, daxili vəziyyəti də önəmlidir. O, özünü çox yaxşı hiss etməlidir", – Günel Adıgözəlova qeyd edir.  

Günel Adıgözəlova "Health News" oxucularına dərinin gözəl və sağlam qalması üçün vacib məsləhətlərini də verdi: 

"Etdiyimiz prosedurların nəticəsinin uzun müddətli qalması və dərinin daha gözəl olması üçün düzgün ev qulluğu mütləqdir. Digər bir məsələ isə çalışın çoxlu təmiz su için və qidalanmağınıza diqqət edin. Yuxunuzu tam alın, mümkün olduqca tez-tez açıq havada gəzin. Və mütləq pozitiv düşünün, çünki xoşbəxtlik hormonları bizi müxtəlif kosmetikalardan daha cavan saxlayır. Özünüzü sevin və qoruyun".