Kök hüceyrə proseduru bir sıra mürəkkəb xəstəliklərin müalicəsi üçün çox təsirli vasitələrdən biridir. Mövzu ilə bağlı bir çox beynəlxalq təlim-seminarlarda iştirak edərək zəngin biliklər qazanan və öz sahəsində uğurla tətbiq edən, 15 ilə yaxın təcrübəsi olan nevroloq, regenerativ tibb hüceyrə mütəxəssisi Aytən Əliyeva "Healthnews"a müsahibə verib.
- Aytən xanım, regenerativ tibb və kök hüceyrə nədir?
"Regenativ tibb sayəsində biz öz hüceyrələrimizin hesabına sağalırıq. Əməliyyatsız və dərmansız... Kök hüceyrə differensasiya olunmamış hüceyrələrdir. Hər hansısa bir zədələnmiş toxumaya köçürüləndə ona çevrilmə qabiliyyətinə malikdir. Kök hüceyrənin götürülmə üsulları müxtəlifdir. Bu hüceyrələr yağdan, dəridən, sümük iliyindən və göbək bağından alınır. Hazırda mezenximal adlanan kök hüceyrələrdən daha çox istifadə edirik. Bunlar yağdan alınan kök hüceyrələrdir. Bu hüceyrələr üz cavanlaşmasında, oynaq, onurğa xəstəliklərində, kişi-qadın sonsuzluğunda çox effektlidir. Heç bir allergik reaksiya vermir və immun sistemini zədələmir".
- Kök hüceyrə müalicəsinin tətbiqi əsasən hansı xəstəliklərdə istifadə olunur?
"Estetik və plastik sahədə dərinin gəncləşdirilməsi, dəri problemləri, xəstəliklər, saç tökülməsi, oynaq xəstəlikləri (diz, bud-çanaq, digər oynaqlar),
onurğa xəstəlikləri ( yırtıq, protruziya,qabarma), nevroloji xesteliklər ( Serebral iflic, Alzheimer, Parkinson, Kəskin insultlar), autoimmun xəstəliklər( Revmotoid artrit, Kron xesteliyi, Bexterev xesteliyi)".
- Kimlər bu prosedurdan istifadə edə bilər?
"Hər kəs bu prosedurdan istifadə edə bilər. Yaş məhdudiyyəti yoxdur. Hazırda stromal voskulyar, CNP labaratoriyanın və yağdan alınan kök hüceyrədən istifadə edilir. Labaratoriyada tam steril şəkildə ferment vasitəsi ilə yağdan kök hüceyrəni ayırırıq. Ayırdıqdan sonra da oynaqda problem varsa, qığırdağın bərpası üçün oynağa daxil olunur, estetik sahədə isə həm üz, həm də əllərin, dərinin və boyun nahiyəsinin cavanlaşmasında istifadə olunur".
- Tətbiq edildikdən neçə müddət sonra təsir göstərir?
"Artıq bir aydan sonra təsir göstərməyə başlayır. Doqquz aydan sonra isə təsiri tam dəqiqliklə vurğulanır. Vurulan hüceyrələr ömürlük qalıcıdır. Lakin bu qalıcılıq orqanizmin sağlamlığında da asılıdır. Nə qədər sağlam həyat tərzi keçirilərsə hüceyrələr bir o qədər yaxşı bölünür və daha yaxşı nəticə verir. Bu prosedur müxtəlif əməliyyatların qarşısını alır, immun sisteminə müsbət təsir göstərir və bir çox dərmanlardan istifadənin qarşısını alır".
Tags
11 Yanvar 2022, 03:24