O, qadınlara analıq duyğusunu bəxş etmək kimi müqəddəs peşənin sahibidir.
Phd. Dr. Fatima Hacıyeva-Tibb üzrə fəlsəfə doktoru, dosent. Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun ginekologiya şöbəsinin müdiridir.
Fatima xanım Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə klinik ordinaturanı bitirərək mama-ginekoloq ixtisası alıb.
2020-ci ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında mamalıq ginekologiya fənnini tədris edir.O, öz sahəsi üzrə xeyli elmi əsərin müəllifidir. Fatma xanımın fəaliyyət göstərdiyi Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun ginekologiya şöbəsində Sonsuzluğun müayinəsində ən son diaqnostika üsullardan istifadə olunur.
"Sağlam qadın, sağlam körpə və sağlam gələcəyimiz" Fatima Hacıyevanın fəaliyyət devizidir.
Fatima Hacıyeva 30 iyun 2022 ci il tarixində Golden People Awards layihəsində, ilin peşəkar ginekoloqu nominasiyasına layiq görülmüşdü
Tags
28 İyul 2022, 03:08