Sağlam dəriyə sahib olmaq və cəlbedici görünmək xanımların ən böyük arzusudur. Bu sahənin incəliklərini kosmetologiya öyrənir. Ölkəmizdə kosmetologiya yaxşı inkişaf edib və bu sahədə kifayət qədər işinin peşəkarı kosmetoloqlar var. Bununla yanaşı tibb təhsili olmayan qeyri-peşəkarlar da az deyil.
Sevinc Abdullayeva isə tibb təhsili olan peşəkar həkim kosmetoloqlardandır. O, Tibb Universitetini bitirdikdən sonra bir neçə il kosmetologiya sahəsində konsultant kimi çalışır. Daha sonra aromaterapiya və onun kosmetologiyada tətbiqi haqda geniş araşdırma aparır. İnyeksiya metodu yeni inkişaf edərkən Sevinc Abdullayeva Ukraynanın Kiyev, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində bu barədə olan təlimlərə qoşulur və özünü təkmilləşdirir.
Kosmetologiya sahəsində 17 illik təcrübəyə sahib olan həkim kosmetoloq eyni zamanda Azərbaycanda və beynəlxalq arenada Merz Aesthetic şirkətinin rəsmi təlimçisidir. O, ölkəmizi kosmetologiya sahəsində xaricdə təmsil edən ilk həkim kosmetoloqlar sırasındadır və 8 ilə yaxındır ki, beynəlxalq konfranslarda speaker kimi çıxış edir. Daim inkişafda olan bir sahəyə hakim olmaq üçün hər zaman yenilik axtarışında olmalısan. Bu baxımdan həm öyrənmək ,həm də öyrətmək Sevinc Abdullayevanın prioritetlərindəndir.
Sevinc xanım hesab edir ki, hər bir işin çətinlikləri var. Öz peşəni sevirsənsə bu çətinliklər sənə sadəcə irəli getmək üçün stimul verəcək.
Tags
05 Avqust 2022, 03:15