Dr. Eyüp Çelik yaratdığı gözəl təbəssümlərlə tanınan və İnstaqramda 230 mindən çox izləyicisi ilə dünyanın ən trend diş həkimlərindən biridir.
Gənc yaşlarından sənətə və yaradıcıllığa böyük həvəsi olsa da, valideynləri onun həkim olmasını istəyirdilər. Etdiyi seçim isə həm onu, həm də valideynlərini razı salır. O stomotologiyanı seçmişdi. Eyüp Çelik peşəsini elmlə sənətin vəhdəti hesab edir.
Eyüp Çelik eyni zamanda London parlamentində Avropanın ən yaxşı diş həkimi mükafatı ilə təltif olunmuşdur. Tanınan həkimin şəxsi adı ilə eyni adlı Doctor Çəlik diş məcunu markasıni yaratmışdır. Doctorcelik diş məcunu diş rengini ağartmağa kömək edir.
Peşəsi ilə bağlı fəlsəfəsi isə belədir: “Mövcud olanın ən yaxşısını götür və onu daha da yaxşılaşdır. Mövcud olmayanda onu dizayn et”
Eyüp Çelik hesab edir ki, insanların təbəssümlərini gözəlləşdirməklə yanaşı, psixologiyasını da yaxşılaşdırmaq bir diş həkiminin vəzifəsidir
Tags
07 Avqust 2022, 16:56