Ender Saraç 1959-cu ildə İzmirdə anadan olub. Bornova Anadolu Liseyini bitirdikdən sonra Ege Universitetinin Tibb Fakültəsini həkim olaraq bitirib.
O, 1994-cü ildə Türkiyənin ilk Təbii Təbabət və Estetik Mərkəzi olan Hay Sağlamlıq Mərkəzini qurmuş və onun genişləndirərək günümüzə qədər gətirmişdir. Türkiyədə təbii və sağlam həyat mövzusunda “Doğanın Şifalı Əli”, “Ruhsal Gelişim və Kader”, “Ramazanda Sağlık və İnce Kalın” adlı çox satılan əsərlərin müəllifidir. O həmçinin çoxsaylı televiziya proqramları, seminarlar və konfranslarda və çap mediasına müsahibələrlə Türkiyədə təbii və sağlam həyat haqqında maarifləndirmə işləri aparıb.
Bu gün sənət, siyasət və iş dünyasının tanınmış simaları kilo vermək və sağlam qidalanmaq üçün məhz Ender Saraç müraciət edir. 20 ildən artıqdır ki, vegetarian olan Ender Saraç həm də Türkiyədə ilk sertifikatlı astroloqlardan biridir.O, sağlamlıq və astrologiya sahəsində qarşılıqlı olaraq xüsusi araşdırmaların müəllifidir. Gördüyü işlərlə daim cəmiyyətin diqqətini çəkən Doktor Ender Saracoğlunun Formula 7 adlı arıqlama vasitəsi bazarda böyük maraq görür.
Qeyd edək ki, tanınmış Türkiyəli həkim Ender Saraç 2021-ci ilin 21 noyabr tarixində doğma paytaxtımızın ev sahibliyi etdiyi Global Health Awards layihəsində ən yüksək mükafatla təltif olunaraq ilin ən yaxşları siyahısında yer almışdır.
Tags
14 Avqust 2022, 01:31