Liv Bona Dea beynəlxalq hospitalında “Bir millət, iki devlet hep birlikdə elele” şüarı adı altında tədbir keçiriləcək. Health News xəbər verir ki, tədbirdə İstanbuldan gələn türk könüllülərlə Azərbaycan könüllüləri bir araya gələcək.
Proqram çərçivəsində baş tutacaq “Türk Azərbaycan qardaşlığının 360 dəyərləndirilməsi” adlı konfransın moderatoru isə 45 ildir Sosial Məsuliyyət Layihələrini uğurla reallaşdıran Türkiyənin tanınmış iş xanımı Monik İpekel olacaq.
Konfransın spikerləri qismində isə Prof. Dr. Ebru Ural, Gözdə Çelik, yazar Jale Balcı, Koç Universitetindən Neslihan Tonbul, Bahçıvan Qida İdarə Heyətinin nümayəndəsi Seval Bahçıvan, Etsun Xarici Ticarət İdarə Heyətinin rəhbəri Ədalət İnanc, Mərkəzi Bank Pul Siyasəti İdarə Heyətinin üzvü Prof. Dr. Elif Hobikoğlu, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, azərbaycanlı iş xanımları Natavan Məmmədova və Lamiyə Bayramova öz fikirlərini tədbir iştirakçıları ilə bölüşəcəklər.
Tədbirdə həmçinib Liv Bona Dea Hospital ilin sonuna qədər ehtiyac sahibi olan 300 qadına mamoqrafiya və süd vəzinin döş qəfəsinin müayinəsi hədiyyə ediləcək.
Qeyd edək ki, 29 iyun 2022-ci ildə Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin tanınmış “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da "Liv Bona Dea" Türkiyənin ölkə xaricində ilk xəstəxanası olaraq Azərbaycanda fəaliyyətə başlayıb. Məqsəd iki ölkənin qabaqcıl tibb qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Liv Bona Dea Hospital vasitəsilə Azərbaycanda da tətbiqini həyata keçirməkdir.
Tags
10 Sentyabr 2022, 09:53