İnsan-fiziki bədən , ruh və zehindən ibarətdir. Mütəmadi olaraq mükəmməllik axtarışında olmaq insanı yorur. Bizə ideal olmaq yerinə xoşbəxt olmağı öyrətsəydilər ruhumuzu bu qədər yormağa gərək qalmazdı. Christiane Northrup deyir ki: “11 yaşınızdakı halınızı xəyal edin. Nə etməyi sevirdiniz? Kim idiniz? Kim olacağınızı düşünürdünüz? İndi o 11 yaşındakı uşağı geri çağırın. Sizə deyəcəyi çox şey var deyə düşünürəm”.
Hazırda Funksional Tibb Həkimi kimi fəaliyyət göstərən təcrübəli həkim Şümarə Qaracayeva 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsini bitirib. O, həkim kimi uzun illər ancaq fiziki bədənin müalicə üsulları ilə məşğul olub. Ancaq işlədiyi müddət ərzində Şümarə Qaracayeva sadəcə fiziki bədəni müalicə etmənin tam olaraq şəfa anlayışında yarımçıq olduğunu başa düşür. Bu mövzuda araşdırma aparan həkim qeyd edir ki, kitablara olan sevgi gedəcəyimiz yolu müəyyənləşdirməyə köməkçi olur. Şümarə xanımın qərarlarına təsir edən bu cür kitab müəlliflərindən biri də Murat Başdır. Murat Başın əsərlərini oxuduqdan sonra o, “Bütüncül Tibb " Usta - Çırak " dərslərinə qatılır.
Şümarə Qaracayeva 2018-ci ildə qidalanmanın xəstəliklərin yaranmasında önəmini öyrənmək üçün ANDOP ( Akademiya Nutrisiologiya və Dietologiya, Piylənmənin Profilaktikası) -a daxil olur. Hal hazırda ANDOP komandasının bir üzvü və aparıcı həkim-təlimçi kimi fəaliyyət göstərir. Təlim çərçivəsində o, " Bağırsaq Mikrobiotası", " Detoks - Bədənin düzgün təmizlənməsi", " Daxili orqanlarımıza səyahət", " Həzm Sistemi və Xroniki Xəstəliklər arasında əlaqə ", " Qida əlavələri" kimi layihələrin müəllifi olub. 2020-ci ildə Şümarə xanım kursu bitirir və Türkiyə Funksional Tibb Akademiyasında Funksional Tibb Həkimi adını almış 26 məzundan biri olur.
Hazırda Dr. Şümarə Qaracayeva Funksional - Bütüncül tibb həkimi kimi ölkəmizdə fəaliyyətini davam etdirir. Bu seçimi etməkdə məqsədi insanların mükəmməl olmaq üçün güc - enerji sərf edərək ruhlarını yorub incitdiklərində və şəfa axtarışında olduqlarında onlara kömək etməkdir.
Şümarə Qaracayeva fəaliyyəti haqqında danışarkən qeyd edir ki: “bütüncül tibb " yanaşmasını Azərbaycana ilk gətirənlərdən olmaqdan qürur duyuram. Bütüncül tibb yanaşmasını təbliğ edən həkim kimi bir çox insana şəfa vermək çox gözəl hissdir”.
Hazırda peşəkar həkim həm də Natavan Qadın Klubunun layihə rəhbəri və qurucularından biridir. Layihə ölkəmizdə təhsil almaq istəyən qadın və qızlara dəstək olmaq məqsədilə həyata keçirilir.
Tags
26 Avqust 2022, 17:57