1. Home
  2. Medicine
Medicine

Yazdığı əsərlərlə türk qadının könlünü fəth edən - Doç. Dr. Gökçen Ərdoğan “Global Health Summit”də speaker qismində çıxış edəcək

21 Oktyabr 2022

Doç. Dr. Gökçen Ərdoğan  2000-2005-ci illər Uludağ Universiteti Tibb Fakültəsini bitirib. Əsas ixtisası mamalıq və ginekologiya olan xanım Ərdoğan  hazırda  qurucusu olduğu Diva Qadın Sağlamlığı Mərkəzində fəaliyyət göstərir.

Türkiyənin ən nüfuzlu iş xanımlarından biri olan  Gökçen Ərdoğan  Qadın sağlamlığı və qadınların cəmiyyətdəki yeri haqqında əsərləri ilə ictimaiyyətin diqqətini və sevgisini qazanmağa, qadınları həvəsləndirməyə yönəlik fəaliyyət göstərir.

Sağlam cinsəlliyi sağlam cəmiyyətin təməl daşlarından biri  kimi görən iş xanımı bu mövzuda "Belki Keşke Neyse", “Sırra Kalem”, “Gizli Kapaklı Şeylər” adlı bir neçə kitabın  müəllifidir.  Bu əsərlərin yazılma məqsədi Ailə birliyinin yaradılması, qorunması və cəmiyyətdə  ən doğru şəkildə təbliğ olunmasıdır.

Gökçen Ərdoğan öz fəaliyyəti ilə cəmiyyətə verdiyi faydalar nəzərə alınaraq 2012-ci ildə Ankarada  “İlin iş qadını” adına layiq görülmüşdü.

Oktyabrın sonu baş tutacaq  “Global Health Summit” çərçivəsində, öz sahəsində söz sahibi olan yerli və xarici səhiyyə nümayəndələrinin toplantısı olacaq. Sammitdə  çıxış edəcək spikerlər arasında  bu sahə üzrə  beynəlxalq aləmdə tanınan simalar da yer alacaq. Sammitdə tibb nümayəndələrinin qarşılıqlı olaraq  fəaliyyətlərinin  əlaqələndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə  fikir mübadiləsi aparılacaq.

Yazdığı əsərlərlə türk qadının könlünü fəth edən məşhur türkiyəli ginekoloq Op. Dr. Gökçen Ərdoğan 30 oktyabr 2022-ci il tarixində  “Four Season Hotel Baku”də baş tutacaq “Global Health Summit”də “Qadın cinsiyyəti və cinsiyyət estetikası haqqında hər şey” mövzusu ilə speaker qismində çıxış edəcək.