1. Home
  2. Medicine
Medicine

Ləman Əliyeva: Həkimlik elə bir sahədir ki, dünən öyrəndiklərimiz ilə kifayətlənə bilmərik 

08 Fevral 2022

Tanınmış, peşəkar ginekoloq Dr. Ləman Əliyeva gördüyü uğurlu əməliyyatlara görə hər zaman seçilib və pasiyentlərin böyük rəğbətini qazanıb.

Qazandığı uğurlarla kifayətlənməyib, mütəmadi olaraq özünü inkişaf etdirən Ləman Əliyeva tibb sahəsinin hər zaman inkişaf etdiyini və buna ayaq uydurduğunu deyib.

Lakin bəzən pasiyentlərin məsuliyyətsizliyindən gileylənən peşəkar həkimimizin sözlərinə görə, xəstələrin vaxtından gec həkimə müraciət etdiyini vurğulayıb:

"Ümumiyyətlə belə bir psixologiya var ki, xəstələr həkimə vaxtından gec müraciət edirlər, bu zaman da təəssüf ki, ciddi diaqnostikalar qoyula bilir. Pasiyentlər ildə bir dəfə ginekoloji müayinədən keçməlidirlər".

Peşəkar həkimimiz Health News-a gələcəklə bağlı planlarında söhbət açaraq, daha çox özünü inkişaf etdirəcəyini bildirib:

"Həkimlik elə bir sahədir ki, dünən öyrəndiklərimiz ilə kifayətlənə bilmərik. Tibb hər gün inkişaf edir, yeni məlumatlar çıxır və biz də bu axına qapılmağa məcburuq".

Qeyd edək ki, sahəsində qazandığı bir çox uğurlara görə, "Reputation Inc" şirkətinin təşkil etdiyi "Global Health Awards" layihəsinin qala gecəsində mükafatla təltif olunub. 

Layihə ilə bağlı isə, "Azərbaycanda ən güclü layihədir. Bir neçə dəfə bu layihəyə qatılmışam və mükafatlandırılmışam. Təşkilatçılıq mükəmməl təşkil edilib və çox uğurlu bir layihədir deyə bilərəm" - sözləri ilə fikirlərini bildirib.