1. Home
  2. Medicine
Medicine

Səhiyyə sahəsində regionun nəhəng layihəsinə imza atıldı – Liv Bona Dea Hospital

01 Avqust 2022

2013-cü ildə Türkiyədə 6 xəstəxana ilə fəaliyyətə başlayan Liv Hospital Türkiyədən sonra Azərbaycanda da xidmət göstərməyə başlayıb

İSO Avropa standartı sertifikatına sahib LIV Hospitalda 50 klinika, 8 əməliyyat otağı, 159 çarpayı  var. Xəstəxana Truebeam STx, DaVinci Robotic "TrueBeam" radioterapiya aparatı, Renaissance və Tele-Medicine kimi qabaqcıl tibbi texnologiya ilə təchiz edilib. 2016-cı ildə Xəstəxana robotik və bariatrik cərrahiyyə sahəsində əldə etdiyi nailiyyətlərə görə Mükəmməllik Mərkəzindən fəxri mükafat aldı.

Elmi işləri, keyfiyyətli akkreditasiyaları, müasir diaqnostika-müalicə texnologiyaları və mütəxəssis həkim heyəti ilə beynəlxalq sağlamlıq sahəsində Türkiyənin referent xəstəxanalarından biri olan Liv Hospital yaxın zamanda Azərbaycanın mühüm Səhiyyə Müəssisələrindən biri olan Bona Dea Beynəlxalq Xəstəxanası ilə birgə əməkdaşlığa imza atıb.

Liv Bona Dea , Liv Hospitalın xaricdəki ilk xəstəxana investisiyasıdır. Əməkdaşlığın ən mühüm məqsədinin hər iki qurumun təcrübəsi sayəsində Azərbaycanı Türkiyə ilə birlikdə regionda səhiyyə bazası kimi yerləşdirmək olduğu vurğulanıb.

Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən Bona Dea Beynəlxalq Xəstəxanası ölkənin ən mühüm səhiyyə ocaqlarından biri kimi seçilir. Liv Bona Dea Hospital adı ilə xidmətə başlayacaq xəstəxana Liv Hospitalın 7-ci filialı olaraq azərbaycanlılar başda olmaqla, regionun bir çox ölkəsindən insanlara beynəlxalq standartlarda sağlamlıq xidməti göstərəcək.