Öz peşəsini sevmək, bu sahədə uğurlu olmaq deməkdir. Dr. Aytən Səfərova işini sevən peşəkar həkimlərimizdəndir.
1980-cı ildə Bakı şəhərində anadan olan Aytən Səfərova 1998-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Elə həmin ildə də, Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olur. 2005-2010-cu illərdə İzmir Dokuz Eylül Universiteti Qadın Xəstəlikləri və doğum şöbəsində uzmanlıq dərəcəsi alır. Vətənə döndükdən sonra 2011-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında mama- ginekoloq vəzifəsində çalışmağa başlayıb. 4 il müddətində bu xəstəxanada Qadın xəstəlikləri və doğum şöbəsində şöbə müdiri vəzifəsində çalışdıqdan sonra 2016-2018-ci illərdə eyni vəzifəni İnternational Medical Center-də həyata keçirir. 2019-cu ildən bu günə qədər Caspian İnternational Hospitalda fəaliyyətini davam etdirir. Tibb sahəsində 15 ildən artıq təcrübəyə malik olan peşəkar həkim “hər qadın ana olmağa layiq” sloqanı ilə yaratdığı sonsuzluq mərkəzinə rəhbərlik edir.
Tags
05 Avqust 2022, 02:32