1. Home
  2. Medicine
Medicine

“Həyata dərin baxmaq üçün təkcə gözlər kifayət etmir”- Yazgül Abdiyeva

09 Fevral 2022

Qəlbimizin aynası olan gözlər insan orqanizmində önəmli orqanlardan biridir. İnsan ətraf mühitdən gələn informasiyanın böyük bir hissəsini gözləri vastəsilə qəbul edir. Buna görə də gözlərimizin keşiyində duran həkimlərimizə daim ehtiyac duyurlur.

Yazgül Abdiyeva bu sahənin peşəkarlarındandır.

O, göz yoluxucu xəstəlikləri və buynuz qışanın cərrahiyyəsi üzrə ixtisaslaşıb.Yazgül Abdiyeva -öz fəaliyyəti, savadı və peşəkarlığı ilə seçilən, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavinidir.

O eyni zamanda  2017-ci ildə yaradılmış Sağlamlığın Qorunması” İctimai Birliyinin sədridir.Təşkilat rəhbəri olaraq Yazgül Abdiyevanın həyata keçirdiyi layihələrdə əsas məqsəd insanların sağlamlığı ilə bağlı tədbirlər görmək, maarifləndirici seminarlar, treninqlər keçirməkdir. Təşkilat xüsusilə pandemiya və müharibə dövründə aktiv fəaliyyət göstərmiş, cəmiyyət üçün faydalı işlər görmüşdü.