1. Home
  2. Health Care
Health Care

“Məqsədimiz mükəmməl ana olmaq deyil, kifayət qədər yaxşı ana olmaqdır”- Aydan İsgəndərzadə

13 Avqust 2022

Yeniyetməlik dönəmində yaşananlar, yeniyetmə- valideyn münasibətləri insan həyatının çətin periodlarından biridir. Yeniyetmələrin formalaşma dönəmini sağlam şəkildə keçirməsi önəmlidir. Bu  dönəmi yüngül atlatmaq üçün zaman-zaman təcrübəli mütəxəssislərə ehtiyac  duyulur. Aydan İsgəndərzadə bu sahə üzrə  ixtisaslaşmış təcrübəli həkimlərimizdəndir.

 O, 1991-ci ildə Gəncədə dünyaya göz açıb. 2008-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Ənənəyə sadiq qalaraq 2014-cü ildə Tibb Universitetini də fərqlənmə diplomu ilə bitirir. Bu müddət ərzində o həm də Ankara Tibb Fakültəsi və İstanbul Universiteti Çapa Tibb fakültəsində mama-ginekologiya üzrə təlim keçir.2016-2020 İstanbul Universiteti Uşaq və Yeniyetmə Psixiatriya Kafedrasında uzmanlıq təhsili alır. Həmin illərdə 3 ay müddətində Uşaq Nevrologiyası kafedrasında  və 9 ay müddətində Ruh sağlığı və Xəstəlikləri kafedrasında Asistan həkim olaraq fəaliyyətə başlayır. Bundan sonra o Uşaq və Yeniyetmə Uzman -Psixiatrı kimi fəaliyyətə başlayır. 2022-ci ildən etibarən Space Telekanalında “Çox Yaşa” layihəsinin aparıcısı, eləcə də Səhiyyə Telekanalında  Psixi-Tolk layihəsinin rəhbəri və aparıcısıdır. Bu vaxta qədər Aydan İsgəndərzadə ölkəmizdə və xaricdə təşkil olunmuş çoxsaylı konfraslarda iştirak edib və təltif olunub. O, çoxsaylı məqalə və “Uşaq Yetişdirmə Sənəti” adlı bir kitabın müəllifidir.